thumb|240px|Limanın reklamı, 1930 il. thumb|right|240px|Murmansk havanı thumb|right|240px|Liman Murmansk dəniz ticarət limanı — Barens dənizində, Kola körfəzinin şərqində yerləşən ticarət limanı. Rusiya əazisində yük dövriyyəsinə görə dördüncü, ölkənin şimal-qərbində isə ikinci ən böyük limanıdır. Tarixi

Təşkili Birinci Dünya müharibəsinin əvvəllərində Rusiya imperiyasının şimal-qərbində yalnız iki dəniz limanı fəaliyyət göstərirdi: Arxangelsk və Sankt-Peterburq. Osmanlı imperiyasının ruslara Bosfor və Dardanel boğazlarını bağlamasıКиселев А. А. Мурманск — город-герой. — М.: Воениздат, 1988. — 189 с., 8 л, ил. — (Города-герои). Тираж 100000 экз. ISBN 5-203-00048-4. və Sankt-Peterburq limanın bloklanması ilə ancaq Arxangelsk limanından yararlanlrdılar. Qış ayları isə bu limanlada əlaqə tamamən kəsilirdi. Bu səbəbdən yeni limanın inşasına ehtiyac meydana gəlmişdir. İlk planlama işlərinin 1915-ci ilin iyunun sonları, iyulun əvvəlləri başlanılır. Artıq 1 sentyabr tarixində «Drott» adlı bir paravoz Nyu-Yorkdan əraziyə ilk yükü gətirə bilmişdi. Artıq növbəti ildə limana ilk vaqonlar hərəkət etməyə başlamışdır.

Sovet dönəmi 1 sentyabr 1939-cu ildən Murmansk limanından İspaniyaya yüklər daşınırdı. Böyük Vətən müharibəsi dönəmində isə müttəfiqlər məhz bu limanla SSRİ ərazisinə silah-sursat çatdırırdılar. 1966-cı ildə liman Qırmızı Əmək ordeninə layiq görülmüşdür.

Müasir donəm 1994-ci ildə dövlət müəssisəsi Açıq Tipli Səhmdar Cəmiyyətə çevrilmişdir. Müasir Murmansk dəniz ticarət limanı Rusiyanın ən iri donmayan limanlarından biri olmaqla yanaşı həm də eyni adlı şəhərin əsas gəlir mənbəyidir. Murmansk limalı 1991-2017-ci illər ərzində «Sedov» bakrının əsas limanı olmuşdur. Rusiyanın bütün sualtı qayıqlarının əsas limanıdır. 2007-ci ilin mayında Murmansk limanında azad ticarət zonasının təşkili qərarlaşdırılmışdır. 15 oktyabr 2010-cu ildə Murmanskda rəsmən iqtisadi zona yaradılmışdır. Burada əsas məqsəd güclü ticarət infrasturukturunun qurulması məqsədi ilə inverstorları cəlbidir В Мурманской области начнет действовать особая экономическая зона.

Murmansk limanı üç hissədən ibarətdir: Balıqçı limanı, Ticarət limanı və Sərnişin limanı. Son zamanlar limanın ticarət əhəmiyyəti artmışdır. Bura daş kömür və digər mineralların daşınması ilə ticarət limanı əhəmiyyəti artır. Üstəlik artıq tutulan balıqqlar buradan ölkənin daxilinə deyil emal edilırək xaricə göndərilir.

Yük dövriyəsi 2009 il — 37,4 mln t (2008-ci ilə nisbətdə 29,7 % artım). 1 rüb 2010 — 9,1 mln t (kecən ilki nisbətdə 2,6 % azalma)

2010-ci ildə Dəniz Ticarət Limanları Assosiyası Rusouanın ən yaxşı şirkəti hesab edilmişdir.

2015-ci ilin sentyabrında müəssisənin 100 illiyi münasibətilə limanın muzeyin açılmışdır.

2015-ci ildə mal dövriyəsi 9 667 mld rubl təşkil etmişdir. Bu zaman xərcləri 543 mln rubl və ya 17 % artmışdır

Limanın direktorları 1941 - 1943 və 1944-cü illərdə — Yakov Lvoviç Beylinson 2004 - 2012 — Viktor Vasiloviç Morozov 2012-ci ildən — Masko Akeksandr Vadimoviç

İstinadlar

Kateqoriya:Rusiya limanları Kateqoriya:Murmansk Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar