Cili Benyamino () — italyan müğənnisi. 20-ci əsrin ən məşhur lirik tenorlarından biri.Benyamino// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 351. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Həyatı Çəkməçi ailəsində anadan olmuşdur. 1908–10-cu illərdə Romada A. Boanuççidən, 1911–14-cü illərdə isə "Santa- Çeçilia" Roma konservatoriyasında A. Kotonyi və E. Rozatinidən dərs almışdır.

1914-cü ildə vokalçiların Parmada keçirilən Beynəlxalq müsabiqəsinin 1-ci mükafatına layiq görülmüş Cilinin həmin ildə opera səhnəsində debütü olmuşdur (A. Ponkyellinin "Cokonda" tamaşasında Ensonun partiyası, Roviqo ş. teatrı), sonralar İtaliyanın müxtəlif teatrlarında çıxış etmişdir. 1920–32-ci illərdə "Metropoliten- opera" (Nyu-York) teatrının solisti olmuşdur.

Fəaliyyəti 1932-ci ildə İtaliyaya qayıtmış, əsasən, Roma səhnəsində (o cümlədən 2-ci dünya müharibəsi illərində) oxumuşdur. Avropa və Amerikada qastrolda olmuşdur (1930-cu ildən dəfələrlə "Kovent-Qarden" teatrında çıxış etmişdir). 1954-cü ildə opera səhnəsini tərk etmişdir.

19–20-ci əsrin əvvələrinin romantik və verist operalarından (V. Bellini, Q. Donisetti, C. Ver di, C. Puççini, J. Bize, J. Massne və b.) partiyalar (cəmi təqribən 60) repertuarının əsasını təşkil etmişdir. Neapol mahnılarının ifası müğənniyə geniş populyarlıq qazandırmışdır. 16 musiqili filmdə çəkilmişdir. Çoxlu audio yazıları, o cümlədən Cilinin iştirakı ilə 7 opera tamaşası bütünlüklə saxlanılmışdır.

Həmçinin bax Tenor Opera

İstinadlar

Xarici keçidlər Vivra operası, Benyamino Cilinin bioqrafiyası Beynəlxalq Couz Qullermo Karrillo Fondu M. Malkov saytında Benyamino Cili (rus dili)

Kateqoriya:İtaliya müğənniləri Kateqoriya:XX əsr opera müğənniləri Kateqoriya:Tenorlar