() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 30-70 sm, gövdəsi düz, yaxşı görünən uzununa xətləri vardır, seyrək tüklü, yuxarı hissədə nazik budaqlanan ikiillik ot bitkisidir. Kökü üfüqi yerləşmiş və aşağıya doğru güclü budaqlanmış, yuxarı hissədə qurumuş kökətrafı yarpaqlarının qalığı vardır. Kökətrafı yarpaqları uzun saplaqda yerləşmiş, uzunsov-ellipsvari, uzunluğu (saplaqla birgə) 5-10 sm, aşağı gövdə yarpaqları uzunsov, saplağa daralmış, yuxarıdakılar isə oturaq, uzunsov-neştərvaridir, qısa sivriləşmişdir;yarpaq ayası nazik, incə, üst tərəfdən çılpaq, alt tərəfdən səpələnmiş nahamar tüklüdür. Qıvrımları çiçək qrupunda seyrəkçiçəklidir, aşağı hissədə 1-2 ədəd yarpaqcıqlarladır. Çiçək saplağı qısadır, əyiləndir. Tac qırmızımtıl-bənövşəyi rəngdədir, qıfşəkillidir. Fındıqlarının uzunluğu 5–7 mm, arxa tərəfdən basılmış, demək olar ki, yastıdır, yumurtaşəkillidir, üst səthi bütünlüklə uzunluğu 1 mm olan, qısa lövbərli tikanlarla eyni qaydada sıx örtülmüşdür. İyun ayında çiçəkləyir, iyul ayında meyvə verir.

Azərbaycanda yayılması Samur-Şabran ovalığı, BQ qərb, Lənkəran dağ. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti Meşələrdə və qaranlıq yaş yerlərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Balverən və tozcuqverən bitkidir.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax