Poti dəniz limanı () — Gürcüstanın Poti şəhərində, Qara dəniz sahilində yerləşən dəniz limanı. Dəniz limanı Rioni çayının mənsəbində yerləşir. Transqafqaz xəttinin mühüm nöqtəsini təşkil etməklə yanaşı TRASEKA xətinin bir parçasıdır. Rumıniyanın Komstansa və Bolqarıstanın Varna dəniz limanı ilə əlaqələrin təmin edilməsi sayəsində Xəzər sahili və Mərkəzi Asiyanın Avropaya açılan qapısı funksiyasını daşıyır.

Tarixi Poti dəniz limanın inşasına 1828-ci ildə başlanılmışdır. Bu zaman ərazi yenicə Rusiya imoeriyasına birləşdirilmişdi. Şəhərə liman statusu 1858-ci ildə verilmişdir. Ancaq limanın tam inşası 1899—1907 illərdə baş tutmuşdur. Limanın inşası Niko Nikoladzenin şəhər rəhbərliyinə gəldikdən sonra baş tutmuşdur. Liman dəfəlırlə genişləndirilmiş və təmir edilmişdir. Niderlan hökuməti və Avropa İttifaqının maliyyəsi əsasında son təmir işləri aparılmışdırPoti Sea Port: History . 2007-ci il məlumatına görə limanın illik yük götürmə qabiliyyəti 7,7 mln ton təşkil edirPoti Sea Port: Annual Figures – 2007 . 2008-ci ildə 51% səhmləri Gürcüstanda törəməsi olan Birləşmiş Ərəb Əmirliyinin RAKIA şirkətinə satılmışdır. Bu şirkət RAKIA Georgia Free Industrial Zone LLC yeni terminalın yaradılması və azad zonanı inşafına yönəlik tədbirlər görmüşdür. Azad zonanın açılışında 15 aprel 2008-ci ildə şəxsən Mixal Saakaşvili iştirak edtmişdirChristina Tashkevich (April 16, 2008). President inaugurates Poti port project . The Messenger Online. Accessed on April 19, 2008.. 2009-ci ildə RAKIA UAE şirkəti səhimlərin yerdə qalan 49% satın alır. Ancaq 2009-cu ildə BƏƏ istisadi böhranla üzləşdiyindən şeyx Saud ibn Sakr al-Haşimi xaricdəki aktivləri satmağa göstəriş vermişdir. Nəticədə 2010-cu ilin oktyabrında bu səhmlərin bir qismi satılırCOVER STORY - RAK SPECIAL REPORT - The man who sold the world Death of Gulf emirate ruler Sheikh Saqr prompts fight over succession . Limanın 80% səhmləri 2011-ci ildə APM Terminals şirkətinin törəməsi olan Moller-MaerskMaersk unit buys 80 pct share of Georgian port satılmışdır. 8 sentyabr 2011-ci ildə hələ 15% səhmə sahib olan RAKIA Georgia FIZ öz səhimlərini biznesmen Qele Mikadzeyə dövr edir. O, FIZ şirkətinin əsas ortaqlarından biri idi. Mikadze bu səhmlərə Manline Projects LLPNational Agency of the Public Registry şirkətinə görə sahibdir.

Mənbə Rəsmi sayt Карта порта Поти (архив) Black Sea Cargo, Poti Freight Forwarder İstinadlar

Kateqoriya:Gürcüstan limanları Kateqoriya:Poti Kateqoriya:Qara dəniz limanları