Dərs filmi rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkül tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır.Azərbaycan filmləri Dakka festivalında nümayiş olunub: [Rafiq Əliyev və Cavid Təvəkkülün hazırladığı “Dərs” və Mirbala Səlimlinin ərsəyə gətirdiyi “Qırmızı bağ” filmləri haqqında] //Xalq cəbhəsi.- 2017.- 24 yanvar.- S.16. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Ekran əsəri uşaqların məktəb və şəxsi həyatlarından bəhs edir. Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa edirlər.
Məzmun Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.
Maraqlı faktlar
Filmin beynəlxalq təqdimatı 34-cü Münhen Film Festivalında baş tutub.
Festival və mükafat
2016-cı ildə 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.
Rollarda
Tamerlan Ağayev — Xalid Aliyə Əliyeva — Çinarə Rəşid Əliyev — Asif Ayna Zərbəliyeva — Solmaz Camal İbrahimov — Oqtay Kamal İbrahimov — Orxan Nazim İbrahimov Mənsurə Əhmədova Rasim Cəfər
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə
Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:2015-ci ilin Azərbaycan filmləri Kateqoriya:Uşaq filmləri