() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - VU D2.
Botaniki xarakteristikası Birillik ot bitkisidir. Gövdə əsasən 1-3 yarpaqlı, bəzən, 10 sm-ə qədər hündürlüyündə, bir yan budaqlıdır. Yarpaq ayası uzunsov tərs –yumurtavari, ayrılmış dişcikli, demək olar ki, çılpaq, sıxılmış qısa saplaqlıdır. Səbətin ayaqcıqları yuxarıdan meyvə vaxtı yoğunlaşır. Səbətcik 5 mm-ə qədər enindədir. Sarğı yarpaqları tükcüklü, uzunsov-yumurtavari, kütdür. Dilcik sarğıdan 2 dəfə uzundur, ağdır. Toxum 1 mm-ə qədər uzunluğundadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi aprel-may, meyvələməsi iyul aylarına təsadüf edir. Dənizkənarı çəmənlərdə yayılmışdır. Çoxalması toxumladır.
Yayılması Lənkəran ovalığında yayılmışdır.
Sayı və tendensiyası Populyasiyanın təbii ehtiyatı azdır, yeganə lokalitetdə mənfi təsirlərə həssaslıq müşahidə edilir.
Məhdudlaşdırıcı amillər Antropogen və zoogen məhdudlaşdırıcı amillərdir.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Antropogen təsirlərin qarşısının alınması, bitdiyi ərazilərin nəzarət altında saxlanılması tələb olunur.
İstinadlar
Həmçinin bax