Bostanqum — Qazaxıstanın Manqıstau vilayəti ərazisində, eyniadlı dağlardan şərqdə yerləşən qumlu vadi. Şimal-qərbdən cənub-şərqə uzunluğu 85 km, eni isə 20 km təşkil edir. Ərazisində Stıpa, saksaul, Cuzqun və digər bitkilər bitir. Ərazisindən Janaozen və Aktau şəhərlərini təmin edən su kəməri keçir. Qumluq ərazisindən qaz-neft kəməri çəkilmişdirБостанкум // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.. Səhra əsasən Təbaşir dövrünə aid suxurlardan təşkil edilmişdir.

İstinadlar

Kateqoriya:Qazaxıstan səhraları Kateqoriya:Asiya səhraları Kateqoriya:Qazaxıstan dərələri