Belaşnisa dağı () — Bosniya və Herseqovina ərazisində yerləşən dağ. Zirvə Sarayevodan 25 kilometr cənub-qərbdə yerləşir. Dinar öndağlığı ərazində yerləşir. Dağ ərazisində bütün ölkə ərazisində məşhur olan dağ-xizək kurort turizm obyekti yerləşir. Dağda yerləşən idman kompleksində 1984-cü ildə XIV Qış Olimpiya oyunları keçirilmişdir.

XIV Qış Olimpiya oyunları thumb|250px 1978-ci ildə Sarayeo Olimpiyadanı keçirmək yarışmasında qalib gəldikdən sonra Belaşnisada dağ xizək yolu inşa edilməsinə qərar verilmişdir. Tikinti işlərinə 10 iyun 1980-ci ildə başlanılmışdır. Artıq həmin ilin 30 sentyabr tarixində obyektin inşası başa çatdırılmış və istifadəyə verilmdir. Xizək yolunun inşası 361 570 000 Yuqoslaviya dinarına başa gəlmişdir. Mətbuat mərkəzinin inşası isə 129 803 000 dinar təşkil etmişdirQış Olimpiya oyunlarının ümumi xərc hesabatı.

Bosniya müharibəsi (1992-95) Sarayevo mühasirəsi zamanı serb ordusu Bosniya müharibəsinin gedişində əsas Belaşnisa və İqman zirvələərində qərar tutmuşduBosnian Serbs Hold Igman As NATO Lies In Waiting. . Zirvələrin ələ keçirilməsi uğrunda şiddətli döyüşlər getmişdirTalks on Bosnia Teeter as Serbs Roll Over Hill Near Sarajevo.

D-0 hərbi obyekti Konisdən 8 kilometr aralıda, Belaşnisanın cənub ətəklərində atom zərbəsinə davamlı olan bunker inşa edilmişdir. Bunkerin ümumi sahəsi 6 500 m² təşkil edir. Burada yaşayış və işçi yerlərindən başqa xəstəxana belə vardı. Bunker 350 nəfər yerə sahib idi. Bunker komanda məntəqəsinə və zərərsizləşdirmə otağına sahib idi. Tikilinin inşa 26 il davam etmişdir. Onun inşası 1979-cu ildə bitmişdir.

2011-ci ildə bunker müasir incəsət sərgisi üçün qalereya təşkil edilmişdir. Burada «Zaman maşını» rəssamlıq sərgisiTito’s top secret nuclear shelter goes arty. təşkil edilmişdir.

İstinadlar

Kateqoriya:Bosniya və Herseqovina dağları Kateqoriya:Dağ zirvəsi – ikiminliklər