Xəzər polisifoniyası (Polysiphonia caspica Kütz.) - qırmızı yosunlar şöbəsinə aid bitki növüdür.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemik növüdür.http://redbook.az/?options=project&id=X%C9%99z%C9%99r%20polisifoniyas%C4%B1
Qısa morfoloji təsviri Kolcuq 2-15 sm hündürlükdədir. Tallom qonur-qırmızı, bəzi nümunələrdə demək olar ki, qara, əsasda 0,5–1 mm, yuxarı şaxələnmələrdə 15-30 sm qalınlıqdadır. Mərkəzi oxun əsasında yan sərilmiş budaqlar-stolonlar inkişaf edir ki, bunlar azsaylı uzun və qısa dolaşıq rizoidlərə malikdirlər. Cavan cücərtilər çəngəlvari və növbəli budaqlanır; əvvəlcə uzun, qalın əsas budaqlar, sonra isə nisbətən qısa, nazik budaqlar əmələ gəlir. Yaşlı cücərtilər əsasən nizamsız budaqlanır, çoxsaylı ikinci dərəcəli əvəlcə nazik, sonradan qalınlaşmış yan budaqlarla və nazik budaqlanmış təpə hissə ilə fərqlənir. Qabıq qatı güclü inkişaf etmişdir (cavan hissələr istisna olmaqla), bütün tallomu örtür. Tallomun aşağı köhnə hissəsində mərkəzi sifonun ətrafında rizoidvari saplar inkişaf edə bilər. Tetrasporangilər bütün tallom boyu yerləşən son və ikinci dərəcəli qısa nazik budaqcıqlarda inkişaf edir. Sistokarolar enliyumurtavaridir, ayaqcıqlıdırlar.Kützing F. T., 1843Зинова А.Д. 1967
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Sahil səviyyəsindən 0–12 m dərinliklərdə daşların, bulaqqulağılarının və digər yosunların üzərində rast gəlinir. Tək-rək və ya qruplarla rast gəlinir.Караева Н.И., 2006
Yayılması Sumqayt yaxınlığında və Bakı buxtasında rast gəlinir.
Sayı və tendensiyası Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını yaradır.Qarayeva N.I., 2013
Məhdudlaşdırıcı amillər Əsasən neftlə çirklənmə və texniki axıntılar.
Mühafizə tədbirləri Populyasiyanın vəziyyətinə nəzarətə vacibdir.
İstinadlar
Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar