Aleksandr Fyodoroviç Andreyev () – rus nəzəriyyəçi-fiziki. SSRİ EA-nın akademiki (1987). REA-nın vitse-prezidenti (1931-ci ildən) və fizika elmləri bölməsinin akademik katibi (2002-ci ildən).

Həyatı Moskva Fizika-Texnika İnstitutunu (MFTİ) bitirdikdən sonra (1961), REA-nın R. L. Kapitsa adına Fizika Problemləri İnstitutunda işləyir, 1990-cı ildən oranın direktorudur. Andreyev MFTİ-nin professorudur (1979-cu ildən). "Eksperimental və nəzəri fizika" jurnalının baş redaktorudur (1997-ci ildən). Lenin mükafatı ilə təltif olunmuşdur.(1986) .

Fəaliyyəti Əsas elmi işləri aşağı temperaturlar fizikasına və bərk cismlər fizikasına, ifratkeçiriciliyə, statistik fizikaya həsr olunmuşdur. İfratkeçiricilərdə dinamik aralıq hal nəzəriyyəsini yaratmışdır. Elektronların ifratkeçirici-normal metal sərhəddindən əksolunması xüsusiyyətlərini müəyyənləşdirmişdir. İ. M. Lifşits ilə birlikdə kvant kristallar nəzəriyyəsini yaratmış, kvant diffuziyası hadisəsini, həmçinin maye heliumun səthində aşqarların kvant adsorbsiyasını və ikinci səthi səsin mövcudluğunu qabaqcadan söyləmişdir. I növ faza keçidi nöqtəsində termodinamiki kəmiyyətlərin xüsusiyyətlərinə aid ümumi məsələsini həll etmişdir. Kvant kristalların ifrat kristallaşma hadisəsini, ərimə və kristallaşma dalğalarının mövcudluğunu qabaqcadan söyləmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya fizikləri Kateqoriya:SSRİ fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Polşanın "Xidmətlərə görə" ordeninin komandorları