Qırmızınöqtəli ayıca () — pulcuqluqanadlılar dəstəsinə aid nadir növ.
Qısa təsviri Qanadları açılmış halda 38-40 mm-dir. Ön qanadları sarımtıl-ağdır, bəzən ağ rəngdə olur. Üzərində səpələnmiş halda kiçik qara nöqtələr və onların arasında bir qədər iri qırmızı nöqtələr var. Qanadların zirvəsində aypara şəklində qara rəngli ləkə, onun altında aşağıya doğru 6 ədəd qara rəngli kiçik nöqtələr düzülmüşdür. Arxa qanadlar tamam ağdır, ətrafı qara rənglə haşiyələnmişdir, haşiyənin yuxarı və orta hissəsi enlidir. Qanadın kənarlarında olan saçaqlar ağdır. Başı və döşü sarımtıl-ağ rəngdədir. Qarıncığı ağdır, azacıq tutqundur.Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013
Arealı və sayı Rusiya və Avropanın cənubunda, Azərbaycanda isə Kür-Araz düzənliyində, Abşeronda və Talışın dağ-səhralığında yayılmışdır. Abşeronda 5, Talışda 10 kəpənəyi tutulmuşdur.
Yaşayış yeri və həyat tərzi Düzən və dağ-səhra biotoplarında yaşayır. Həyat tərzi öyrənilməmişdir. Kəpənəyi may-oktyabr aylarında uçur. Tırtılı may-iyunda və payızda bağayarpağı, heliotrop, yaddaş çiçəyi, qızartıotu və digər ot bitkiləri üzərində yaşayır. Bir nəsil verir.Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 359.
Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Qorunması üçün qəbul olunmuş tədbirlər Rusiya Federasiyasının Qırmızı kitabına daxil edilmişdir. Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.
İstinadlar
Ədəbiyyat Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с. 359. Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013
Həmçinin bax İmperator sovkası
Kateqoriya:Ayıcalar Kateqoriya:1758-ci ildə təsvir edilən güvələr Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları