Dağ ayıdöşəyi - (lat. Oreopteris limbosperma (All.) Holub et Pouzar.) - Telipteriskimilər – (Thelypteridacaea Pichi Sermolli.) fəsiləsinə aid bitki növüdür.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Məlumat azlığı” kateqoriyasın aiddir – DD. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik bitkidir. Kökümsovu qalın, qısa və şaqulidir. Yarpaqları qısa saplaqlı, uzunsov-lansetvari, qaidədə daralan, kənarları bütöv və ya əyri-üyrüdür; birinci sıranın seqmentləri lansetşəkillidir, ucu itiləşmiş, uzanmış dilciklərə bölünmüşdür. Soruslar meyvə verən damarların təpə hissəsində yerləşir. Sporlar qonur rəngdə, böyrəkşəkilli-oval, kənarları xırda daraqvaridir; örtükləri tez tökülən və vəzilidir.Флора Азербайджана, 1950 Əsgərov A.M., 2005
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Sporların yetişmə dövrü iyul-sentyabr aylarına təsadüf edir. Mezofitdir. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi,kölgəli, yarpaqlı ağac meşələrində bitir. Аскеров А.М., 2001
Yayılması Kiçik Qafqazın şimal rayonları (Murovdağ ərazisində meşələrdə az rast gəlinir). Əsgərov A.M., V.N. Kərimov, 2013
Məhdudlaşdırıcı amillər Antropogen amillərin təsirinə məruz qalır.
Mühafizə tədbirləri Populyasiyalarının nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması vacibdir.
Sinonimlər Dryopteris limbosperma (All.) Bech.
Dryopteris oreopteris (Ehrh.) Maxon
Lastrea limbosperma (All.) Ching
Lastrea limbosperma (All.) Holub
Lastrea limbosperma (All.) Heywood
Thelypteris limbosperma (All.) H.P. Fuchs
Thelypteris oreopteris (Ehrh.) Sloss.
Polypodium limbospermum All.
Polypodium oreopteris Ehrh.
İstinadlar
Kateqoriya:Qıjıkimilər Kateqoriya:Asiya florası