Polşa film məktəbi () — 1955-1963-cü illərdə Polşa rejissor və ssenaristlərinin qeyri-rəsmi sosial və bədii birliyi.

Bədii xüsusiyyəti Polşa kinematoqrafında yaradıcı prinsiplər və bədii üsullar italyan neorealizminin böyük təsiri altında formalaşmışdır. Bu istiqamətin inkişafında 1950-ci illərin əvvəlində sosialist düşərgəsinin ümumi liberal baxışları əsas təkan rolunu oynamışdır. Milli kinematoqrafın başlıca mövzusu İkinci Dünya müharibəsində, alman işğalı və Varşava üsyanı zamanı Polşanın iştirakının təhlili və Krayova ordusunun keçmiş əsgərlərinin taleyi olmuşdur. Baş verən demokratik dəyişikliklər müvəqqəti olaraq, bu hadisələr haqqında kifayət qədər açıq danışmağa imkan verdi. Sosialist bir dövlətdə siyasi senzura yaradıcı prosesə təsir etdi və bununla da Polşa kinematoqraf məktəbinin, ondan daha açıq ifadə edilən italyan neorealizmindən fərqlənməsinə səbəb oldu. Eyni zamanda, polyak müəlliflər Şərqi Avropada ilk dəfə olaraq, xarakterin milli özünəməxsusluğunu parlaq surətdə qabarda bilmiş və açıq-aşkar sosial realizmin nümunələrinin əleyhinə çıxış etmişdilər. Bununla yanaşı, iki əsas inkişaf təmayülü mövcud idi. Anje Vayda kimi gənc rejissorlar polyak xalqının qəhrəmanlıq nümunələrini müəyyən edirdilər. Anje Munkun daxil olduğu ikinci dəstədə isə polyak xarakteri istehza, yumor və milli əsatirlərin ifşası vasitəsilə təhlil edilirdi. Polşa film məktəbinin ən parlaq nümayəndələri sırasında Yeji Kavaleroviç, Voysex Yeji Has, Tadeuş Konviski kimi rejissorların adlarını çəkmək olar.

Kinematoqrafçılar və filmlər

Anje Vayda "Nəsil" (, 1955) — Roman Polanskinin iştirakı ilə çəkilmiş film; "Kanal" (, 1956) — Varşava üsyanının iştirakçıları haqqında trilogiyanın davamı; "Kül və almaz" (, 1958) — trilogiyanın sonuncu hissəsi. "Hər şey satışdadır" (, 1968) — Polşa kinematoqrafı haqqında film; "Mərmər adam" (, 1977) — müharibədən sonrakı Polşada bir inşaatçı haqqında film. "Dəmir adam" (, 1981) — solidarnost və Qdansk tərsanəsindəki tətil haqqında film.

Anje Munk "Relslər üzərindəki adam" (, 1956) — sabotaj ittihamı ilə işdən qovulmuş bir nəfər haqqında; "Eroika" (, 1958) — faciə və komediya sərhədində tənzimlənmiş iki novella; "Çəpgöz xoşbəxtlik" (, 1960) — təsadüfən islahetmə müəssisəsinə düşmüş uğursuz qəhrəmanın hekayəsi.

Yeji Kavaleroviç "Böyük müharibənin həqiqi sonu" (, 1957) — müharibə nəticəsində bir-birindən ayrı düşmüş ər-arvadın təkrar görüşü. "Qatar" (, "Gecə qatarı" adı ilə də tanınır, 1959) — detektiv süjetli psixoloji dram. "Mələklərin İoann anası" (, 1961) — tarixi-psixoloji dram.

Voysex Yeji Has "İlgək" (, 1957) — sərxoşluqdan əziyyət çəkən insan dramı. "Necə sevimli olmalı?" (, 1963) — müharibədən sonrakı Polşada teatr aktrisasının hekayəsi.

İstinadlar

Xarici keçidlər Сайт к 50-летию Польской школы кинематографа

Kateqoriya:Polşa kinematoqrafı Kateqoriya:Kino tarixi