Böyük Xan məscidi () və ya Böyük Saray məscidi — məscid Bağçasaray şəhərində Xan sarayında yerləşir.
Tarixi Böyük Xan məscidi xan sarayının daxilində, şimal qapılarından şərqdə yerləşir. Bu Krımın ən böyük məscidlərindən biri olmaqla yanaşı həm də xan sarayının ilk tikilisidir.Олекса Гайворонский. Большая Ханская мечеть. Məscid 1532-ci ildə I Sahib Gərayın göstərişi ilə inşa edilmişdir. XVII əsrə qədər məscid onun adını daşıyırdı.
Binanın ərazidi kifayət qədər iridirЮрий Данилевский. Бахчисарай — виртуальная экскурсия. . Məscidin damı qırmızı keramitlə örtülmüşdür. İlk əvvəllər isə üzəri günbəz olmuşdur.
Məscidin girişi Çürük-Su çayı istiqamətdə yerləşir. Əvvəllər bu hissənin fasadı mərmərlə üzlənmişdir. Binanın şərq divarında abdəstxana yerləşir. Burada isə mövcud axardan müsəlmanlar sərbəst şəkildə dəstəmaz ala bilirlər. Məscidin divarları ərəb dilində "Qurandan" yazılmış ayələrlə bəzədilmişdir. Bu yazılar XVIII əsrə aiddir. Yazılar qara rənglə işlənmişdir. Üstəlik burada olan digər yazıda Kırım Gərayın adı yazılmışdır. O, məscidi təmir etdirmiş və onu şəkilləndirmişdir. Məscidin iki minarəsi vardır. Minarələrin zirvəsi getdikcə kiçilir və micləşir. Bu hissədə bürüncdən hazırlanmış aypara vardır. Minarələrin hündürlüyü 28 metrdir. Minarənin daxilindən yuxarıya pilləkənlə hərəkət etmək mümkündür. Minarə daş plitələrlə inşa edilmişdir.
1736-cı ildə məscid yağından güclü şəkildə zərər görmüşdür. Onu yenidən II Səlayət Gərayın dönəmində bərpa etmişlər. Bərpa işlərini Ömər usta aparmışdır. 1750-ci ildə Arslan Gəray məscidin həyətində mdrəsə təşkil etmişdir. Ancaq mədrəsə günümüzə qədər gəlib çatmamışdır. Sovet hakimiyyəti illərində məscid bağlanmışdı. Burada arxiologiya muzeyinin eksponatları saxlanılırdı. Гарагуля. Бахчисарайский дворец . Bugünkü gün məscid müsəlmanlar üçün açıqdır.
Fotoqalereya
İstinadlar
Mənbə Böyük Xan məscidi
Kateqoriya:İslam memarlığı Kateqoriya:Ukrayna məscidləri Kateqoriya:Krım xan sarayı Kateqoriya:İslam Kateqoriya:Sünni məscidləri