thumb|Paytaxt Tirana 1914-cü ildən əvvəl Albaniya memarlığı — Albaniya Respublikası ərazisində müxtəlif mədəniyyətlərə – illiryalılara, qədim yunanlara, Roma İmperiyasına, Osmanlı İmperiyasına və italyan memarlığına aid olan abidələr kompleksi.
Tarixi Ölkədəki İlliriya qalalarının qalıqları qədim memarlıq tikililərindəndir. Belə ki, onlar e.ə. VII əsrə aid edilir.
Sonrakı dövrlərdə antik ənənələrin geniş yayılmasına baxmayaraq, Albaniyanın milli mədəniyyəti – ənənəvi tikililər, keramika, metal emalı inkişaf etməkdə davam edirdi.
Albaniya memarlığının formalaşmasında illiryalıların, qədim yunanların, Roma İmperiyasının, Osmanlı İmperiyasının və italyan memarlığının böyük rolu olmuşdur.
Xristian memarlığı XIII-XIV əsrlərdə Bizans üslubunda kilsə incəsənəti inkişaf etmişdir. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır: Mesopotam kəndində Müqəddəs Nikolay kilsəsi; Lavdaridə Müqəddəs Troitsa kilsəsinin divar rəsmləri.
XVII-XVIII əsrlərdə də Voskopoya və Vitkuki şəhərlərində çoxsaylı kilsələr tikilmişdir.
Türk-islam memarlığı XV-XIX əsrlərdə Albaniyada türk-islam memarlıq ənənələri üstünlük təşkil etmişdir. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır: Tiranada XVIII əsrə aid Ədhəmbəy məscidi; Tiranada hamam; Tiranada şəhər qalası; Tiranada bazar yeri və bir sıra evlər; Tiranada Əhmədpaşa təkyəsi; Beratda 1775-ci ildə tikilmiş Əhmədpaşa körpüsü; Beratda Xəlvəti təkkəsiSirli türk ruhunun gizləndiyi əfsanəvi məmləkət. lent.az, 30.03.2011 ; Ergiri qəsəbəsində XVIII əsrə aid evlər; Ergiri qəsəbəsində Qırmızı məscid; XVIII əsrə aid Qurşunlı məscidi; Luşna qəsəbəsində İsgəndərbəy məscidi; Luşna qəsəbəsində qala; Təpədələndə Dəmir baba təkyəsi və türbəsi.
Kommunizm və post-kommunist dövrü thumb|Skanderbeu meydanı 1988-ci ildə 1944-cü ildən 1991-ci ilə qədər şəhərsalmada memarlıq keyfiyyətləri azalmışdır. Belə ki, kütləvi şəkildə sosialist yaşayış massivləri, geniş yollar, fabriklər, şəhər meydanları inşa edilsə də, əslində onlar sökülən tarixi binaların yerində inşa edilmişdir.
Qalereya
İstinadlar
Xarici keçidlər