Qlendeyl () — ABŞ-nin Kaliforniya ştatında yerləşən və Los-Anceles dairəsində şəhər. Aparıcı sənaye sahəsinin aviasiya olduğu bu şəhərdə etnik olarak daha çox Amerika erməniləri yaşayır.

Əhali 2010-cu il üçün statistik hesabata görə, şəhərin əhalisi 191 719 nəfərdir.Glendale, California — 2010 Demographic Profile Data Beləliklə, əhalinin sıxlığı hər km²-a 2421 nəfər təşkil edirdi. Şəhər əhalisinin irqi tərkibi belədir: 71,1% ağ, 16,4% asiyalılar, 1,3% afroamerikalılar, 0,3% hindilər, 0,1% Sakit okean adalarının yerli əhalisinin nümayəndələri, 6,3% — başqa irqlərin nümayəndələri. Əhalinin 34,1%-i öz mənşəyini erməni, 17,4%-i Latın Amerikanı kimi müəyyənləşdirib.

İqtisadiyyatı 1964-cü ildən bəri Beynəlxalq Karate Assosiasiyasının qərargahı Qlendeyldə yerləşir.

2003-cü ildən etibarən Qlendeyldə "Xoştbəxliyə Yol" Fondunun beynəlxalq qərargahı yerləşir.

Qlendeyl həmçinin 1945-ci ildə dünyanın ilk Baskin Robbins dondurma kafelərinin ortaya çıxdığı bir şəhər kimi tanınır.

Qlendeyldə Disney Televiziya Animasiyaları şirkətinin baş mənzil-qərargahı yerləşir.

İstinadlar

Kateqoriya:ABŞ erməniləri Kateqoriya:Qlendeyl (Kaliforniya)