Luis Covanni Seqoviya Veqa (; 26 oktyabr 1997, Kito, Ekvador) — Ekvador təmsilçilərindən olan El Nasyonal klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusu.

Klub karyerası Seqoviya peşəkar karyerasına El Nasyonal klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 25 iyul 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir. Seqoviya ilk qolunu 27 avqust 2015-ci ildə El Nasyonal klubu ilə Kito şəhəri təmsilçisi olan Universidad Kito klubuna qarşı oyunda vurmuşdur.

Milli karyerası 2017-ci ildə Seqoviya Ekvadorun gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Seqoviya Çili, Paraqvay, Venesuela, Uruqvay, Argentina və iki dəfə Kolumbiya və Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

Uğurları

Milli komanda Ekvador U-20 Cənubi Amerika Gənclər Çempionatı — 2017

İstinadlar

Xarici keçidlər Статистика на soccerway

Seqoviya Seqoviya Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Braziliya Seriya B futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları