Azərbaycan Qran Prisi — 2017-ci ildən bəri Bakı Şəhər Halqasında keçirilən Formula 1 avtomobil yarışıdır. Tədbirin ən azı 2030-cu ilə qədər Bakı Şəhər Halqasında keçirilməsi planlaşdırılır.
Tarixi Azərbaycanda keçirilən ilk Formula Qran Prisi 2016-cı il Avropa Qran Prisi olmuşdur. Yarış Bakı Şəhər Halqasında keçirilmişdir. Bir il sonra, 2017-ci ildə, həmin məkan ilk Azərbaycan Qran Prisinə ev sahibliyi etmişdir. Yarış 25 iyun tarixində keçirilmiş və 2017 Formula 1 mövsümündə şəhər (küçə) trasında keçirilən beş yarışdan biri olmuşdur. Digər dördü Sinqapur, Monako, Avstraliya və Kanada Qran Priləri idi. İlk Azərbaycan Qran Prisinin qalibi Red Bull komandasının pilotu Daniel Rikiardo olmuşdur. Bu qələbə onun həmin mövsümdəki ilk qələbəsi idi.
2018-ci il Azərbaycan Qran Prisi 29 aprel tarixində, həmin mövsümün 4-cü mərhələsi kimi keçirilmiş və yarışı Lyuis Hemilton qazanmışdır. Lewis Hamilton wins Azerbaijan Grand Prix after Red Bulls suffer calamity
Qaliblər
1 dəfədən çox qalib olmuş sürücülər +Qalibiyyət sayıSürücüQalib olduğu illər2Serxio Perez2021, 2023Maks Ferstappen2022, 2025
1 dəfədən çox qalib olmuş konstruktorlar Qalibiyyət sayı Konstruktor Qalib olduğu illər5 Red Bull 2017, 2021, 2022, 2023, 20253 Mercedes 2018, 2019, 2026
1 dəfədən çox qalib olmuş mühərrik istehsalçıları +Qalibiyyət sayıİstehsalçıQalib olduğu illər4Mercedes2018, 2019, 2024, 20262Honda RBPT2023, 2025
İllərə görə +İlSürücüKonstruktor2026Corc RussellMercedes2025Maks FerstappenRed Bull2024Oskar PiastriMcLaren2023Serxio PerezRed Bull2022Maks FerstappenRed Bull2021Serxio PerezRed Bull2020COVID-19 pandemiyası səbəbi ilə yarışma keçirilməmişdir2019Valtteri BottasMercedes2018Lyuis HemiltonMercedes2017Daniel RikiardoRed Bullİstinadlar:
İstinadlar
Kateqoriya:2017-ci ildə Azərbaycan Kateqoriya:Azərbaycan Qran Prisi Kateqoriya:Formula 1 Qran-priləri