Yasovul, Hovuni — İrevan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı

Tarixi Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adıdır. "Başqa adı Ağkilsə-Qədim" (yenə orada). 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir..

Toponimi 1588-ci ilə aid mənbədə Qarabağ sancağının "Incərud aranında" (yə'ni "Incərud qışlağında") Yasaul adlı tayfanın yaşaması qeyd olunurKirzioqlu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerende Gence-Karabag sancak lari; "ulus" ve "oymakleri". Sevic matbaasi. Ankara, 1979.. Səfəvilər dövründə fərmanı yaxud qanunu həyata keçirən şəxs yasavul adlanırdı. Yasavul (əsli monqolca yasaul) həm də məclis və mərasimlərin rəisi idi. Toponim "Şah fərmanını yerinə yetirən şəxs" mənasında işlənən yasavul sözündən əmələ gəlib "yasavula məxsus kənd" mənasını bildirir. Antropotoponimdir. Sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovuni qoyulmuşdur.

Əhalisi 1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdirBayramov A. Ə. Qədim Oğuz ellərinin-Ağbaba, Şərəyəl və Pəmbək bölgələrinin yer-yurd adları Bakı, 1996.Ahmet Zeki Velidi Togan. Umumturk tarihine giriş. G.I.Istanbul, 1981.

İstinadlar

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri