Con Harrison (; ) — Amerikalı siyasətçi və fermer.
Həyatı 1853–1857-ci illərdə Ohayo II bölgəsini ABŞ Nümayəndələr Palatasında təmsil etmişdir. Con Harrison atası və oğlu Amerika Birləşmiş Ştatları prezidenti olan yeganə şəxsdir. Belə ki, atası Vilyam Henri Harrison Amerika Birləşmiş Ştatlarının IX prezidenti olmuşdur. Vilyam Henri Harrison 1841-ci ilin 4 mart — 4 aprel tarixləri arasında vəzifədə olmuş, inaqurasiya çıxışı zaman ən uzunmüddətli nitq söylədikdən (2 saat) sonra xəstələnmişdir. Pnevmaniya və plevrit diaqnozu ilə bir aylıq uğursuz müalicə alan Henri Harrison 1841-ci ilin 4 aprel tarixində vəfat etmişdir. ABŞ-nin XXIII prezidenti Benjamin Harrisonun da atası olmuş Con Harrison oğlunun prezident seçilməsini görməmişdir. 1889–1893-cü illər aralığında vəzifəsini icra edən Benjamin Harrison prezident seçiləndə Con Harrison vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Ohayoda vəfat edənlər Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ konqresmenləri Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri