Azərbaycan–İsveçrə münasibətləri — Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi AXC dövrü Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Birjevaya küçəsi 14 ünvanında İsveçrənin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Klottyu rəhbərlik etmişdirXarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri . axc.preslib.az .

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin yanvar ayının 21-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .

Azәrbaycan-İsveçrә münasibәtlәri әsasәn XXI әsrin әvvәllәrindәn etibarәn inkişaf etmәyә başlamış, 2004-cü ildә Azәrbaycanın Berndә sәfirliyi, 2007-ci ildә isә İsveçrәnin Bakıda sәfirliyi açılmışdır. 2003-cü ildә Azәrbaycan ilә İsveçrә arasında ticarәt vә iqtisadi әmәkdaşlıq üzrә Birgә Komissiya yaradılmış, 2006-cı ildә İsveçrәnin xarici işlәr naziri (sonradan iki dәfә prezident seçilmiş) Mişel Kalmi-Reyin ölkәmizә sәfәri çәrçivәsindә iqtisadi, texniki, humanitar vә digәr sahәlәrdә әmәkdaşlıq üzrә sazişlәr imzalanmışdırBalamirzə Məmmədli. Azərbaycan Respublikasının Avstriya, İsveçrə və Benilüks ölkələri ilə münasibətlərinə Vətən tarixşünaslığı prizmasından baxış Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə, №2(90), 2026, s.223-234..

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində yaradılmış və ilk rəhbəri Elton Məmmədov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Bahar Muradova işçi qrupunun rəhbəridir.

İqtisadi münasibətlər Əmtəə dövriyyəsi (min doll.)

İlİxracIdxalÜmumi dövriyyəsi2020224 780,8680 181,27 304 962,132021272 548,63184 749,23457 297,862022430 478,0170 251,62500 729,63 Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti fonunda kənd təsərrüfatı, qida sənayesi, logistika, nəqliyyat, informasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat və innovasiya kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. İki ölkə arasında iqtisadi münasibətlərin dinamikasını əks etdirən əsas göstəricilərdən biri ticarət dövriyyəsidir. 2025-ci ildə Azərbaycan ilə İsveçrə arasında ümumi ticarət dövriyyəsinin 1,8 milyard ABŞ dollarına yaxın olması iki ölkənin iqtisadi əlaqələrinin mühüm həcmə çatdığını göstərir. Azərbaycanda 110 İsveçrə şirkətinin qeydiyyatdan keçmiş, onlardan 87-nin aktiv fəaliyyət göstərirAzərbaycan–İsveçrə münasibətləri: Tərəfdaşlığın yeni inkişaf mərhələsi.

İdman sahəsində əməkdaşlıq thumb|UEFA Avropa Kuboku 1996-nın İngiltərə–İsveçrə matçına həsr olunmuş Azərbaycan poçt markası (1996)22 Iyul, 1996. Avropa Futbol Çempionatı-96. azermarka.az, 22.07.1996 Futbol qarşılaşmaları

Həmçinin bax Azərbaycanın İsveçrədəki səfirliyi

İstinadlar

Xarici keçidlər İsveçrədəki Azərbaycanin səfirliyi Rəsmi sayti Azərbaycandaki İsveçrənin səfirliyi Rəsmi sayti İkitərəfli münasibətləri