Çaykovski binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Çaykovski binası Taqanroq şəhəri Qreçeskaya küçəsi, ev 56 ünvanında yerləşir. Bina 1871-ci illərdə inşa edilmişdir. Tarixi Binanın inşası üçün vəsaiti Don qoşunlarının podpolpovniki Dmitri Qriqorieviç Kalinovski ayırmışdır. Binanın layihəsi 1871-ci ildə Mixail Prokofeviç Petrova məxsusdurМаргарита Сергеевна Киричек Чайковского дом // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 776. — ISBN 978-5-88040-064-5.. Belə bir fikir vardır ki, binanın tikintisi gerçəkləşdirə bilməyən sahibkar onu tacir Sarandino alaraq tikintisini başa çatdırır. 1883 - 1894-cü illərdə binanı Rus paraxod və ticarət cəmiyyəti öz agentləri olan dəniz zabiti İppolit İliç Çaykovski üçün kirayələmişdir. Qardaşının yanına hərdən Pyotr Çaykovski belə ziyarət edirdi. O, 1886, 1888 və 1890-ci illərdə müəyyən müddətə qalmışdır. 1898 - 1906-cı illərdə binanın sahibi Y. İ. Tarxovaya məxsus olmuşdur. 1915-ci ildən isə binanın sahibəsi general-mayor K. P. Petivinin həyat yoldaşı olmuşdur. 1920 - 1966-cı illərdə binada 1 saylı uşaq bağçası yerləşirdi. 1974-ci ildən isə binada Çexov adına Taqanroq şəhər ictimai kitabxanası yerləşir.
Arxitektura Bina qırmızı kərpiçdəndir və mandsara sahibdir. Binada modern və neoqotika stilinin elementləri vardır.
Qalereya
Tanınmış sakınləri İppolit İliç Çaykovski (1843—1927) — general-mayor. Pyotr Çaykovski (1840—1893) — rus bəstəkarı, dirijor, pedqoq.
Müasir vəziyyəti Binanın sonuncu restavrasiyası 2009-2010-cu illərdə Anton Pavloviç Çexovun 150 illiyi münasibəti ilə keçirilən tədbirlər çərçivəsində həyata keçirilmişdirСобств. корр. Дом Чайковского открыт в Таганроге после реставрации // Интерфакс. — 2010. — 11 мая.. Bundan öncə isə təmir 1976-cı ildə gerçəkləşdirilmişdir. Bəzi elementlər yenilənmişdir.
Həmçinin bax Betulinskinin binası (Taqanroq) Dallaporte binası (Taqanroq)
İstinadlar
Mənbə Бельведер Дома Чайковских. Виртуальная панорама
Kateqoriya:Taqanroqun görməli yerləri Kateqoriya:Taqanroq tikililəri Kateqoriya:Rusiya kitabxanaları Kateqoriya:Taqanroqdakı malikanələr