Donavia — Rusiya ərazisində yerləşən aviaşirkət, Aeroflotun törəmə şirkəti. Zamanında daxili və beynəlxalq reyslər təşkil etmişdir. Hazırda avia şirkət öz fəaliyyətini dayandırmışdır.
Avia şirkət əsasən Rostov-na-Donu aeroptu, Soçi aeroptu, Krasnodar aeroportu və Mineralnıe aeroportu ərazisinə uçuşlar həyata keçirirdi. Aviaşirkətin əsas ofisi Rostov-na-Donuda yerləşir. 2009-cu ilə qədər Aeroflot-Don.
Tarixi Müasir «Donavia» Aeroflotun törəmə şirkəti olaraq 15 iyun 1925-ci ildə təşkil edilmişdir. Müharibəyə qədər ancaq Moskva, Tiflis, Bakı və Xarkova uçuşlar həyata keçirilirdi. Yeni avia texnikasının alınması ilə Qroznı, Mineralnıye Vodı və Oryol şəhərlərinə uçuşlar təşkil edilmişdir. Avia şirkətdə işləyən təyyarəçilər Böyük Vətən müharibəsində fəal fəaliyyət göstərmişlər. Müharibənin sonunda təyyarəçilərdən səkkizi Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür.
1981-ci ildə xarici ölkələrə avia reyslər təşkil edilmişdir: Soçidən Bratislava, Budapeşt, Praqa. Bir müddət sonra isə Yaxın Şərq və Qərbi Avropaya reyslər təşkil edilir. Sovet hakimiyyəti dağıldıqdan sonra bazar iqtisadiyyatına keçildiyindən şirkət özəl kapitalla işləməyə başlamışdır. 2016-cı ildə avia şirkət fəaliyyətini dayandırmışdır.
Fəaliyyəti «Donavia» Rusiyanın iri şəhərləri və dünyanın bir çox ərazilərinə daimi və çater reysləri təşkil edirdi.
2014-cü il məlumatlna görə 12 ay ərzində 1,736,2 nəfəri daşımışdır. 2013-cü il göstəricilərindən 28,3% çoxdur. «Donavia» aşağıdakı şəhərlərə reyslər təşkil edirdi: Moskva, Sankt-Peterburq, Soçi, Stavropol, Mineralnıye Vodı, İrəvan, Daşkənd, İstanbul, Tel-Əviv, Yekaterinburq, Antalya Krasnodar, Şimferopol, Kalininqrad.
Donanma thumb|Airbus A319-100 Donavia
2015-ci ildə Donavianın balansında 10 təyyarə olmuşdur. Təyyarələrin orta isrifadə müddəti 10 ildir: + DONAVİA''<span style="color:white;">Təyyarənin tipi<span style="color:white;">Sayı<span style="color:white;">Sifariş<span style="color:white;">Yer sayı<span style="color:white;">İstifadə<span style="color:white;">C<span style="color:white;">Y<span style="color:white;">ÜmumiAirbus A319-10010—12126138Sukhoi Superjet 10007N/DÜmumi107 b737-500 İstinadlar
Mənbə Официальный сайт компании «Донавиа» Официальный аккаунт авиакомпании в Twitter Официальная группа авиакомпании на сайте Страница авиакомпании в социальный сети Facebook Страница Донавиа в Instagram
Kateqoriya:Rostov-na-Donuda nəqliyyat