Zaqatala-Nuxa dairəsi və ya Zaqatala-Nuxa mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Zaqatala-Şəki dairəsi və ya Zaqatala-Şəki mahalı kimi də anlandırılmışdır.

Tarixi Zaqatala-Nuxa dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Nuxa və Zaqatala qəzalarını əvəz etmişdir.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsi ləğv edilərək iki yerə — Zaqatala və Nuxa dairələrinə bölünmüşdür.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR dairələri Kateqoriya:1929-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:1930-cu ildə ləğv olunanlar