thumb|Frederix Sorrieunun 1848-ci ildə Fransadakı bütün kişilərə səsvermə hüquq verən Ledru-Rollinə həsr etdiyi əsər (1850): Suffrage universel dédié à Ledru-Rollin Aktiv seçki hüququ və ya siyasi françayzinq () – vətəndaşın milli dövlət hakimiyyəti orqanlarına və yerli idarəetmə orqanlarına seçmək, referendum səsverməsində və demokratiyanın digər formalarının həyata keçirilməsində iştirak hüququ. Bu hüquq ona görə fəal adlandırılır ki, onu vətəndaşın özü öz hərəkətləri ilə reallaşdırmalıdır: bəzən könüllü qeydəalma forması ilə seçki siyahısına daxil edilməli (məsələn, Fransada olduğu kimi), seçki məntəqəsinə özü gəlməli, bülleteni alıb onu doldurmalı, səs vermək istədiyi namizədləri, yaxud siyasi birlikləri (siyahı üzrə səsvermədə) seçərək, bülleteni seçki qutusuna atmalıdır. Aktiv Seçki Hüququ, demək olar ki, bütün dünya ölkələ rində cinsindən, məşğuliyyət növündən, əmlak vəziyyətindən, təhsilindən asılı olmayaraq (bəzi məhdudiyyətləri – yaş senzi, bəzən oturaqlıq senzi və s. nəzərə almaqla) bütün vətəndaşlara məxsusdur. Ümumi qaydaya görə, Aktiv Seçki Hüququna ölkənin öz vətəndaşları malikdirlər; bu, xalq suverenliyinin reallaşması prinsipidir. Ölkənin rəhbər orqanlarını yalnız həmin ölkənin vətəndaşları seçə bilər. 20-ci əsrin sonunda bu qaydadan müəyyən istisnalar ortaya çıxdı. 1993-cü il Maastrixt müqaviləsinə uyğun olaraq, Avropa İttifaqına (Aİ) üzv dövlətlər həmin ittifaqın digər üzv dövlətlərinin onların ərazisində yaşayan vətəndaşlarına yerli idarəetmə orqanlarını seçmək və bu orqanlara seçilmək hüququ vermişdir. Belə ki, Avropa İttifaqı konsepsiyasına uyğun olaraq, yerli idarəetmə orqanları xalq suverenliyinin ifadəçisi deyildir, onlara seçkilər isə inzibati seçkilər kimi nəzərdən keçirilir. Ümumi Aktiv Seçki Hüququnun tətbiqi hüquqi cəhətdən bərabər olan bütün vətəndaşların seçkilər və ya demokratiyanın digər formaları zamanı namizədlərin, həmçinin, siyasi partiyaların təklif etdikləri başlıca milli siyasət istiqamətləri üzrə öz iradələrini bildirməsi üçün zəruridir. Seçki hüququna malik bir qrup şəxs seçki senzi (təsnifatı) ilə məhdudlaşdırılır. Fiziki şəxs aktiv, yaxud passiv seçki hüququna malik olmaq üçün məhdudiyyətdə göstərilən şərti ödəməlidir.

Bəzi dillərdə passiv seçki hüququndan fərqləndirmək üçün bu seçki növü aktiv seçki növü adlandırılır. Bu ikilinin kombinasiyası bəzən tam seçki hüququ () adlandırılır.

Etimologiyası İngiliscə qarşılığı olan "suffrage" sözü latın "suffragium " sözündən gəlir. Mənası "səsvermə", "siyasi dəstək" və "səsvermə hüququ"dur. Sözün latın dilinə haradan keçdiyi və dəqiq hansı sözlərən ibarət olması dəqiq bilinmir. Ehtimal edilir ki, sub + fragor sözlərindən əmələ gəlmişdir. Bəzi alimlərə görə isə bu etimologiya izahı düzgün ola bilməz. Onlara görə, "suffrage" sözü "suffrago" sözüylə əlaqəlidir və orijinal mənası "topuq sümüyü" və ya "yumruq sümüyü"dür.

Növləri

Ümumi seçki hüququ Ümumi seçki hüququ cinsi, irqi, sosial status, təhsil səviyyəsi və ya zənginlik səviyyəsi məhdudiyyətləri olmayan səsvermə hüququndan ibarətdir. Bu seçki hüququ çox zaman bir bölgənin bütün sakinlərinə verilmir. Müəyyən yaş məhdudiyyəti, zehni qabiliyyət imkanı və ya cinayət törətmələrə görə səsvermə hüquq məhdudlaşdırıla bilər.

Qısa ömürlü Korsika Respublikası ilk dövlətdir ki, 25 yaşdan yuxarı bütün şəxslərə səsvermə hüququ vermişdir.

1819-cu ildə 60,000–80,000 insan Mancester şəhərinin Müqəddəs Pyotr meydanına yığışaraq seçki hüquqlarının olmamasına etiraz edirdilər. Tarixçi Robert Pool bu etirazlar zamanı baş vermiş Peterloo qırğınını öz dövrünün ən mühüm hadisələrindən biri kimi dəyərləndirmişdir. Peterloo filmində bu etirazlara yardım edən qadınların iştirakı əks etdirilmişdir.

Bu hadisələr digərləri tərəfindən davam etdirilmişdir. Beləki, 1871-ci ildə Paris Kommunası və 1889-cu ildə adada yerləşən Frankevill Respublikası bu sahədə yeni eksperimentlər həyata keçirdilər. 1840-cı ildə Havay krallığı bütün yetişkin kişi və qadınlara seçki hüququ vermişdi.

1893-cü ildə Havay krallığı çevriliş yolu ilə devrildikdən sonra dünyada aktiv seçki hüququnu tətbiq edən yeganə müstəqil dövlət Yeni Zelandiya qalmışdı. Buna görədir ki, 1893-cü ildə dünya ölkələrinin azadlıq indeksində olan yeganə dövlət Yeni Zelandiya idi.Nohlen, Dieter (2001). "Elections in Asia and the Pacific: South East Asia, East Asia, and the South Pacific". p. 14. Oxford University Press, 2001A. Kulinski, K. Pawlowski. "The Atlantic Community – The Titanic of the XXI Century". p. 96. WSB-NLU. 2010 thumb|Alman seçki afişası (1919) : "Bərabər haqlar, bərabər öhdəliklər".

Qadınların seçki hüququ Qadınlara seçib-seçilmə hüququnun verilməsi uğrunda uzun müddət mübarizə aparılmışdır. Bu hüquq ilk dəfə qısa-müddətli də olsa Nyu-Cersinin 1776-cı ildə qəbul edilmiş ilk konstitutsiyasında nəzərdə tutulmuşdu. Bu konstitutsiyaya görə subay torpaq sahibi qadınlara seçki hüququ verilirdi.

1844-cü ildə konstitutsiya dəyişikliyi edilmiş və səsvermə hüququ "bütün ağ kişilərə" verilmişdir.

1840-cı ildə Havay krallığında qadına seçki hüququ verilsə də, onlardan bu haqq 1852-ci ildə geri alınmışdır. 1860-cı illərdə İsveçdə, Böyük Britaniyada və ABŞ-nin bəzi qərb ştatlarında az saylı qadına səsvermə hüquq verildi. 1893-cü ildə Yeni Zelandiya qadınlara səsvermə hüququ verən ilk ölkə oldu. 1894-cü ildə isə Cənubi Avstraliyada qadınlara həm səsvermə, həm də parlament seçkilərində namizəd olma hüququ verildi. Rusiya imperiyasının tərkibində olan Finlandiya knyazlığında da qadınlara həm səsvermə, həm də namizəd olma hüququ verilmişdir.Votes for Women – Elections New Zealand Elections.org.

Qadınlara seçki hüququnun verilməsi əleyhinə təbliğat Qadınlara seçki hüququnun verilməsi əleyhinə təbliğat aparanların əsas arqumenti ondan ibarət idi ki, qadınların yeri onların evidir, seçkilər yox. Qadın haqları ilə bağlı siyasi karikaturalar və təhqirlər artırdı. Bu təbliğatla məşğul olan və qanuni qeydiyyatdan keçmiş təşkilatlar fəaliyyət göstərirdi. Bu təşkilatlardan biri də Massaçusets Əks Assosiasiyası idi. Bu təşkilat 1880-ci illərdə xeyli fəal idi.

Bir çox antisuffrage (qadınlara seçki hüququnun əleyhinə olan şəxs) siyasətdəki qadın ideyasını zarafat obyektinə çevirmişdi. Onlara görə qadınlara seçki hüququnun verilməsi tərəfdarları həyatda qadın və kişinin yerini dəyişdirmək istəyirlər. Bəziləri seçki hüququnun verilməsi tərəfdarı olan qadınların tam yuxarıya daranmış saçlarını məzə obyekti edirdilər. Bəziləri isə yazılarında qadınların bu hərəkata qoşulmasına səbəb kimi onların həyatda müəyyən uğursuzluğa məruz qalmasını göstərirdilər. Bu uğursuzluqlardan ən başlıcası kimi isə evlənə bilməməyi göstərirdilər.

Bərabər seçki hüququ Bərabər seçki hüququ bəzən ümumi seçki hüququ ilə qarışdırılır. Bərabər seçki hüququ seçkilərdə məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Yəni silk, əmlak, gəlir və s. senzlərin ləğvini özündə ehtiva edir.

Siyahıyaalma seçki hüququ Bu seçki hüququ növünə ingiliscə "censitary suffrage" və ya "census suffrage" deyilir və mahiyyət etibarilə bərabər seçki hüququna əksdir. Yəni, səs verən hamının səsi bərabər deyildir və müxtəlif kriteriyalara görə hər kəsin səsi çox və ya az ola bilər. Buna misal olaraq, yüksək təhsillinin səsinin az təhsillinin səsindən daha çox hesablanmasını göstərmək olar. Şirkətlərdə daha çox səhmə malik olan şəxsin daha çox səsə malik olmasını da buna misal olaraq göstərmək olar.

Məcburi seçki hüququ Məcburi seçki hüququnun mövcud olduğu yerlərdə səsvermə hüququ olan hər bir kəs seçkilərdə iştirak etməyə borcludur. Hal-hazırda bu praktika 32 ölkədə mövcuddur.

Biznes səsverməsi İngiltərənin yerli hökumətində və bəzi keçmiş koloniyalarında əvvəllər (bəzi yerlərdə hələ də mövcuddur) elə bir sistem mövcud idi ki, bu sistemə görə müəssisələr ödədikləri vergi miqdarında səs verə bilirdilər. Bu tarixi əmlak senzli françayzinqin fiziki şəxslrədən hüquqi şəxslərə doğru uzantısıdır.

Birləşmiş Krallıqda London Şəhəri koorperasiyası 2002-ci ildəki aktından sonra bunu daha da genişləndirmişdir. Bu böyük maliyyə mərkəzi olan və xeyli sayda əhaliyə malik olan London şəhərinin Birləşmiş Krallığın siyasətinə təsirini artıracağı gözlənilir.

Bu məsələ ilk dəfə Şimali İrlandiya insan haqları hərəkatı tərəfindən gündəmə gətirilmişdir.

İrlandiya Respublikasında kommersiya vergi ödəyiciləri lokal referendumlarla bölgənin və ya küçənin adını dəyişdirə və ya "biznes inkişafı layihəsi"nin sərhədlərini müəyyən edə bilər.; 1930-cu ildən 1935-ci ilə qədər Dublin Şəhər Şurasının 35 üzvündən 5-i "kommersiya üzvləri" olmuşdur.

Avstraliyanın bir çox şəhərlərində müəssisələr üçün seçkilər istəyə bağlı olsa da, şəxsi müstəvidə məcburidir.

Seçki hüququndan məhrum etmənin əsasları

Gender Çox vaxt demokratiyanın yaradıldığı yer kimi göstərilən Afinada yalnız yetişkin yaşda və torpaq sahibi olan kişilərə seçki hüququ verilirdi. Sonrakı əsrlərdə Avropada parlamentin bir çox növlərinin yaradılmalarına baxmayaraq, ölkələr daha çox monarxlar tərəfindən idarə olunurdu. Katolik kilsəsi zamanı bəzi alman knyazlıqlarında Romanın icazəsi ilə baş rahibə olan qadınların milli assambleyalarda iştirak etməsinə və səsverməsinə icazə vermişdi. Katoliklərdən sonra protestantlarda isə tədricən vəziyyət müasir dövrlə eyni olmağa başladı.

Mari Guyart adlı fransız rahibə 17-ci əsrdə Kanadada yaşayan yerli qəbilələrdən olan irokezlərin arasında yaşamışdır. Yerlilərin adətlərindən danışarkən o qadınların səsvermə hüququndan da yazmışdır:

İrokezlər digər çox saylı Amerika yerliləri kimi matriarxal sistemə malik idi. Onlarda mülkiyyət və varislik ana xətti ilə gedirdi. Yaşlı qadınlar kişi qəbilə rəislərini seçə və ya onları vəzifədən ala bilərdi.

Müasir demokratiya ümumilikdə kişilərin seçki hüququnu alması ilə başlamış və bu hüququn qadınlara da verilməsinə doğru davam etmişdir. Havay krallığında isə proses fərqli olmuşdu. Orada 1840-cı ildə hamıya seçki hüququ verilmişdi. Lakin 1852-ci ildə konstitutsiya dəyişikliyi keçirilmiş və qadınlardan bu hüquq geri alınmış, kişilərə isə əmlak senzi ilə tətbiq edilmişdir.

Qadınlara seçki hüququnun verilməsini ilk dəfə beynəlxalq arenada ABŞ-nin İnsan Haqları Komissiyasındakı nümayəndəsi, sonradan həmin komissiyanın rəhbəri olan Eleonora Ruzvelt gündəmə gətirmişdir. Onun dövründə BMT tərəfindən hazırlanmış Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 21-ci maddəsində yazılmışdı:

BMT Baş Assambleyası Qadınların Siyasi Haqları haqqında Konvensiyadnı 1954-cü ildə qəbul etdi. Bu konvensiyaya görə qadınların seçkilərdə iştirak etmək, seçkili vəzifə tutmaq, ictimai işlərə seçilmək kimi hüquqlarının olduğu bildirilirdi.

Son olaraq qadınlara seçki hüququ verən dövlətlərdən biri Butandır. Butanda qadınlara seçki hüququ 2008-ci ildə verilmişdir.

Din Reformasiyadan sonrakı Avropada xalq tərəfindən bəyənilməyən dini məzhəblərə malik insanların seçib-seçilmə hüququndan məhrum edilməsi çox yayılmış hallardan biri idi. Məsələn Böyük Britaniyada katoliklərin səsvermə hüququ 1728-ci ildən 1793-cü ilə qədər əllərindən alınmışdı. Həmçinin parlamentə seçilə bilmə hüquqları isə 1829-cu ilə qədər qadağan edilmişdi. Belə bir siyasət onunla əlaqələndirilirdi ki, katoliklər öz monarxlarından çox Papaya yaxındırlar və ona sadiqdirlər.