Sayra () — Sayralar cinsinə daxil olan dəniz balığı. Mühüm sənaye əhəmiyyəti vardır.

Təsviri Uzunsov formaya malikdir. Pulcuqları kiçik ölçülüdür. Alt çənəsi üst çənəyə nisbətdə uzundur. Beli tünd-yaşıl və ya mavi-yaşıldır. Böyür nahiyəsi gümüşüdür.

Bədəninin maksimal uzunluğu 40 sm, çəkisi isə 180 q. Orta ömür müddəti 5—6 ildir.

Biologiya Sürü ilə yaşayan balıqlar dəniz və okeanların 230 m dərinliyinə qədər mümahidə edilirlər. Mövsümü miqrasiya edirlər: payızda cənuba, yazda şimala. Planktonlar və balıq kürüsü ilə qidalanırlar. Yetkinlik yaşına 2-ci ilində çatırlar. Ölçüdən asılı olaraq 9-22 min kürü qoyurlar. Kürüdən çıxan balalar hərəkət edən yosunların arasında gizlənirlər.

Yayılması Sayralar Şimal yarımkürəsinin Sakit okean sularında, Koreya, Yaponiya, Kuril adaları, Kamçatka və Alyaska sahil sularında yayılmışlar.

+ Ümumdünya sayra ovuCololabis saira // Species Fact Sheet, FAO Fisheries and Aquaculture Department İl 2005200620072008200920102011201220132014 Dünya üzrə öv, min. t478,2394,9524,9622,1475,7432,4459461428,4628,6 İstinadlar

Kateqoriya:Yaponiyanın dəniz məhsulu xörəkləri Kateqoriya:Rusiya balıqları Kateqoriya:Koreya mətbəxi Kateqoriya:Rusiya mətbəxi Kateqoriya:Sovet mətbəxi Kateqoriya:Yaponiya balıqları Kateqoriya:ABŞ balıqları Kateqoriya:Sənaye balığı