() — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna kimi də tanınır.

Yayılması Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir.

Xarici görünüşü Bədənin yuxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür.

Çoxalması Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur. Balaların yumurtadan çıxması 6 ay sürür..

Zəhərliliyi Avstraliya tədqiqatçılarının fikrinə görə rəngarəng varanın tüpürcəyində zəif zəhər var.Fry, Brian G., et al. (2006). «Early evolution of the venom system in lizards and snakes». Nature. Letters. Vol. 439/2 February 2006, pp. 584—588.. Ancaq bu, qurbanının öldürülməsində o dərəcədə də mühüm rol oynamayır.

İstinadlar

Kateqoriya:Varanlar Kateqoriya:Zəhərli heyvanlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər