Herbert Lom () - beyənxalq səviyyədə tanınmış çex əsilli kino və teatr aktyoru.

Həyatı

1917-ci ilin 11 sentyabr tarixində o zaman ki, Avstriya-Macarıstan imperiyasının sərhədləri daxilində yerləşən və hal-hazırda Çexiyanın paytaxtı olan Praqa şəhərində anadan olmuşdur. Teatr səhnəsinə ilk dəfə yaşadığı Praqa şəhərində çıxımışdır. 1937-ci ildə Zena Pod Krizmen adlı film ilə kinematoqrafiya sahəsinə qədəm qoymuşdur. 1938-ci ildə İngiltərəyə köçmüşdür. 2004-cü ilə qədər aktiv formada davam etdirdiyi kino və teatr fəaliyyəti ərzində 112 müxtəlif filmdə rol almışdır. Herbert Lom rol aldığı filmlərdə əsasən epizotik rollarda çıxış etmiş və adətən mənfi obrazları canlandırmışdır.

Kateqoriya:Praqada doğulanlar Kateqoriya:Çexiyada doğulanlar Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Birləşmiş Krallıqda vəfat edənlər Kateqoriya:Aktyorlar Kateqoriya:Teatr aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Çexiya kişi film aktyorları Kateqoriya:Bioqrafiya (janr)