Urmiya Universiteti () — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının mərkəzi olan Urmiya şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Rəhim Hubnəqidirİranın bu universitetində Azərbaycan dilinin tədrisinə icazə verildi . qafqazinfo.az, 08.01.2017 دکتر رحیم حب نقی . asatid.urmia.ac.ir .

Tarixi Urmiya Universiteti 1965-ci ildən fəaliyyət göstərir.

Tədris Bu universitetdə müxtəlif sahələr üzrə 87 fənn üzrə dərslər keçirilir.

Kontingent Urmiya Universitetində 16 min 826 tələbə təhsil alır.

Universitetin 487-dən çox müəllim-professor heyəti var.

Azərbaycan dilinin tədrisi Müvafiq icazənin alınmasından sonra 2017-ci ildən universitetdə bakalavr pilləsi üzrə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 2 dərs tədris olunacaq. Azərbaycan dili dərsində iştirak könüllü olacaq.

Nəşrlər

"Axar su" jurnalı 2006-cı ildə Urmiya Universitetində təhsil alan tələbə qızlar "Axar su" dərgisinin çapı üçün icazə alsalar da, onun yalnız bir sayı işıq üzü görmüşdürURMİYA UNİVERSİTETİ TƏLƏBƏLƏRİNİN BURAXDIĞI «AXAR SU» JURNALININ NƏŞRİNƏ QADAĞA QOYULUB . mediaforum.az, 12.01.2007. Bundan sonra jurnalın çapına qadağa qoyulmuşdur. Belə ki, bütün tələbələr arasında paylanılan jurnal işıq üzü görən kimi Urmiya Universitetinin rəhbərliyi və təhlükəsizlik orqanları tələbələri millətçiliyi təbliğ etməkdə günahlandıraraq dərginin növbəti sayının buraxılmasına qadağa qoymuşlar. Jurnalın işıq üzü görmüş yeganə nömrəsində Azərbaycan ədəbiyyatı və mədəniyyatı ilə bağlı yazılar dərc edilmişdir.

"Yol" jurnalı Universitetin tələbələri Azərbaycan və fars dillərində "Yol" ictimai-mədəni jurnalını buraxırlarUrmiya Universitetində buraxılan “Yol” jurnalının 3-cü sayı işıq üzü görüb . dak.az, 27.04.2016 . Jurnalın baş redaktoru Zəkəriya Səfaidir. Jurnalda əsasən Azərbaycanın ictimai və mədəni məsələləri ilə əlaqədar yazılar dərc edilir.

Tanınmış məzunları Məhəmməd Oraz Nadir Qazipur

Şəkilləri

Həmçinin bax İran universitetlərinin siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İran universitetləri Kateqoriya:Urmiyada təhsil Kateqoriya:1965-ci ildə yarananlar Kateqoriya:Urmiyadakı binalar və tikililər