Con Peyn (d. 19 aprel 1870 - ö. 1 avqust 1951) — Birləşmiş Ştatları təmsil edən güllə atıcısı. 1896 Afina Olimpiadasında qızıl medal qazanıb.

Həyatı Con Peyn 1870-ci ilin 19 aprel günündə anadan olub. 1951-cü ilin 1 avqust tarixində isə ömrünün 81-ci yaşında vəfat edib.

Afina Olimpiadası Con Peyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 25 metr məsafəyə hərbi tapançadan atəşaçma yarışlarında mübarizə aparan Peyn 552 xal topladı və doğma qardaşı Samner Peyni arxada qoyaraq I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.

İstinadlar

Kateqoriya:1896 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:1896 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib ABŞ idmançıları