Baydukov — Oxot dənizinə daxil olan Amur limanı ərazisində yerləşən elə də böyük olmayan ada. Okeandan onu Saxalin adası sanki qoruyur. Sahillərində dərinlik elə də böyük deyildir. Yay ayları temperatur +16 °C, qış ayları isə −25 °C qədər düşür. İl ərzində 600 mm yağıntı yağır. Üzəri meşələrlə örtülüdür. Müəyyən hissələri bataqlıqlaşmışdır. Adaya ən yaxın yaşayış məntəqəsi Nikolayevsk-na-Amure şəhəridir. Heyvanlar aləmi elə də zəngin deyildir. Sahil suları isə çirklənməyə məruz qalmışdır. Ada Sovet İttifaqı qəhrəmanı təyyarəçi Georgi Filippoviç Baydukovun şərəfinə adlandırılmışdır. Adada yeganə yaşayış məntəqəsi Baydukovdur.
Mənbə Yerləşməsi Marbled murrelet Picture of Pilots Valery Chkalov, Georgy Baidukov and Alexander Belyakov sitting next to their plane on Udd Island Anatoliy Kvochur's Su-30 Airplane Lands at Zhukovskiy Russian seabird data
Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Xabarovsk diyarı adaları