Thergothon — Finlandiyadan olan funeral doom metal qrupu.

Haqqında 1990-cı ildə Niko "Skorpio" Sirkiä (vokal və sintezator) , Jori Sjöroos (baraban) və Mikko Ruotsalainen (gitaraçı) tərəfindən yaradılmışdır. Onlar funeral doom metal üslubunun yaradıcılarından hesab olunur. 1991-ci ildə qrup ilk demo albomlarını nəşr etdilər. "Abysmal Dimensions" adlanan albom 4 trekdən ibarət idi. Daha sonra həmən ilin ardından ikinci demo albomlarını nəşr etdilər. "Fhtagn-nagh Yog-Sothoth" adlanan albom 600 nüsxə kaseti satıldı. 1994-cü ildə onlar ilk debüt albomlarını nəşr etdilər. Avantgarde Music albom şirkəti ilə birgə yayımlanan "Stream from the Heavens" albomları CD olaraq yayımlandı. Amerika və Avropa da satılmağa başladıldı. Bu albomdan sonra qrup fəaliyyətini dayandırmışdır.

2009-cu ildə Rusiyalı doom metal albom şirkəti olan Solitude Productions tərəfindən, Thergothon qrupunun şərəfinə, onun mahnılarının igər qruplar tərəfindən cover edilərək "Rising of Yog-Sothoth: Tribute to Thergothon" (2CD) adında tribute albom nəşr edilmişdir.

Diskoqrafiya Albomlar Stream from the Heavens (1994) Demo-lar Abysmal Dimensions (1991) Fhtagn-nagh Yog-Sothoth (1991)

Kateqoriya:Finlandiya metal musiqi qrupları Kateqoriya:1990-cı ildə yaranan musiqi qrupları Kateqoriya:1989-cu ildə yaranan musiqi qrupları