Nöqtə — həndəsənin əsas elementlərindən biri. Onun fəzada yeri olsa da, heç bir ölçüsü (en, uzunluq və hündürlük) və forması yoxdur.What Is a Point in Math? İstifadə tarixi: 8 iyun 2026.Points and Lines. İstifadə tarixi: 8 iyun 2026. Nöqtə adətən böyük latın hərfləri (A, B, C və s.) ilə işarə olunur.Point. İstifadə tarixi: 8 iyun 2026. Həndəsəyə aksiom baxımından yanaşdıqda (Sintetik həndəsə) nöqtə ilə bərabər düz xətt də eyni səviyyədə çıxış edir. Analitik və difersial həndəsədə isə bütün başqa obyektlər nöqtələr çoxluğu kimi təsvir olunurlar.
Proyeksiya müstəvisində nöqtə və düz xətt anlayışları hətta bir-biri ilə dəyişilə bilər. Burada xətti sonsuz kiçik, nöqtəni isə sonsuz uzun və nazik götürmək mümkündür.Bir düz xətt üzərində yerləşən nöqtələrə kollinear nöqtələr deyilir.An introduction to geometry. İstifadə tarixi: 8 iyun 2026.
Tarixi Yunan filosofu Evklid e.ə. 300-ci ildə nöqtəni bölünməyən bir hissə kimi təsvir etmişdir. Nəzəri cəhətcə nöqtənin təsdiqinin heç bir əhəmiyyəti yoxdur.
Müasir aksiom sistemləri isə bunu inkar edirlər. Məsələn, Hilbert aksiom sisteminə görə həmişə iki nöqtə bir xətti əmələ gətirir.
Xassələri Bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olar. İki nöqtədən yalnız bir düz xətt keçirmək olar
İstinadlar Kateqoriya:Həndəsə Kateqoriya:Riyazi obyektlər