Vasili İvanoviç Çuykov (; ) — sovet hərbi xadimi, Sovet İttifaqı Marşalı (1955), iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1944, 1945).
Almaniyadakı sovet hərbi kontingentinin baş komandanı (1949-1953), Kiyev Hərbi Dairəsinin komandanı (1953-1960), SSRİ Quru Qoşunlarının Ali Baş Komandanı - SSRİ Müdafiə Nazirinin müavini (1960-1964), SSRİ Mülki Müdafiə Qüvvələrinin rəisi (1961-1972). Sov.İKP Mərkəzi Komitəsinin üzvü (1961-1982).
1942-1946-cı illərdə Stalinqrad döyüşündə xüsusi fərqlənən 62-ci ordunun komandanı olub.
Həyatı
Uşaqlığı Vasili İvanoviç Çuykov 12 fevral 1900-cü ildə çoxuşaqlı kəndli ailəsində (8 qardaşı və 4 bacısı olub.) indiki Moskva vilayətinin Serebryannıy Prud kəndində anadan olub. Milliyyətcə rusdurБиография В. И. Чуйкова на сайте "Герои страны" .. Atası — İvan İonoviç Çuykov (3.03.1865 — 27.06.1958), Serebryannıy Prud kəndində kəndli olub. Anası — Yelizaveta Fyodorovna Çuykova (5.09.1865 — 29.03.1958) Şirobokov kəndində kəndli olub. Vasili Çuykov 4 sinifli kilsə məktəbini (1907–1911) bitirmiş, 12 yaşında Petroqrada getmiş, usta yanında şagird olmuşdur. 1917-ci ildə Kronştadt şəhərində xidmət etmişdirСоветская военная энциклопедия. 1919-cu ildə Sov.İKP-nın üzvü olmuşdur.
Ailəsi thumb|Vasili Çuykov və həyat yoldaşı Valentina Çuykova, 1926-cı il Həyat yoldaşı — Valentina Petrovna Çuykova (qızlıq soyadı: Pavlova) (1907–1984). Oğlu — Aleksandr Vasilyeviç Çuykov (1946–2012) heykəltaraş olub, Qızı Nelli Vasilyevna Çuykova (d. 1928). Nəvəsi — Vasili Konstantinoviç Timoşenko-Çuykov.
Vətəndaş müharibəsi Rusiya vətəndaş müharibəsi zamanı — 1918-ci ildə Vasili Çuykov atıcı rota komandirinin köməkçisi olmuşdur. 1921-ci ildə polka rəhbərlik etmişdir. Vətəndaş müharibəsi zamanı Vasili Çuykov 4 dəfə yaralandı: 1) 1919-cu ilin mayında Şərq cəbhəsində — əlindən yaralandı; 2) 1919-cu ilin iyulunda Şərq cəbhəsində (Muslimovo kəndində) — ayağından yaralndı; 3) 1920-ci ilin mayında Qərb cəbhəsində — ayağından yaralandı; 4) 1920-ci ilin sentyabrında Qərb cəbhəsində (Ostrov şəhərində) — çiynindən yaralandı.Bax: Rusiya vətəndaş müharibəsi
İştirak etdiyi döyüşlər Rusiya vətəndaş müharibəsi Sovet-fin müharibəsi Qırmızı ordunun Polşa yürüşü (1939) Çin-yapon müharibəsi (1937–1945)Чуйков В. И. От Пекина до Берлина. 1927–1945. (Сборник всех воспоминаний) — , Алгоритм, 2015. İkinci Dünya müharibəsiJohn Keegan. The Battle for History: Re-fighting World War Two (Barbara Frum lecture series), Vintage Canada, Toronto, 1995. Republished by Vintage Books, New York, 1996, p. 121 Stalinqrad döyüşüСталинградская эпопея. М.: Наука, 1968.Craig, William (1973). Enemy at the Gates: the Battle for Stalingrad. New York: Penguin Books, ISBN 0-14-200000-0, pp. 90, 91Antoni Beevor (1998). Stalingrad. New York: Viking, ISBN 0-14-024985-0, pp. 128, 129Чуйков В. И. От Сталинграда до Берлина . — : Воениздат, 1980. — 672 с., 22 л. ил.
İkinci Dünya müharibəsinə qədər 1921-ci ilin iyulundan — 1922-ci ilin yanvarına qədər 4 nömrəli hərbi hissənin rəisi, Smolensk quberniyasının Velij şəhərinin qarnizon rəisi, 1922-ci ilin yanvarından polk komandiri olub. Vasili Çuykov 1918-ci ildə Moskvada hərbi təlimatçı kurslarını, 1925-ci ildə M. V. Frunze adına Hərbi Akademiyanı, 1927-ci ildə Akademiyanın Şərq fakültəsiniPavel Quserin. M. V. Frunze adına Hərbi Akademiyanın Şərq fakültəsi. — Saarbrükken: LAP LAMBERT Academic Publishing, 2014. — С. 51. — ISBN 978-3-659-37302-2., o cümlədən, 1936-cı ildə Fəhlə-Kəndli Qızıl Ordusu Mexanikləşdirmə və motorlaşdırma Hərbi Akademiyası yanında akademik kurslarını bitirmişdir. 1927-ci ilin noyabrında — Moskva hərbi dairəsi qərargahı rəisinin köməkçisi olmuşdur.
1927-ci ilin iyulunda — Çində hərbi məsləhətçi olmuşdur.Чуянов, Алексей Семёнович. На стремнине века. Записки секретаря обкома|ответственный дание. Москва, Политиздат, 1976Чуйков В. И. Миссия в Китае . — : Воениздат, 1983. 1939-cu ilin dekabrında Sovet-Fin müharibəsi zamanı ordu komandanı olmuşdur.
Böyük Vətən müharibəsində (1941–1945) iştirakı thumb|62-ci ordunun komandanı Vasili İvanoviç Çuykov və Kuzma Akimoviç Qurov Vasili Çuykov 1942-ci ilin mayında İkinci Dünya müharibəsi zamanı 1-ci (iyuldan 64-cü) rezerv (ehtiyat) ordunun komandanı olmuşdur. 1942-ci il, 12 sentyabrdan 62-ci orduya komandanlıq etmiş,Vasili Çuykov — Mən 62-ci ordudanam Stalinqradın müdafiəsində mühüm rol oynamışdır. Stalinqradın müdafiəsində göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, I dərəcəli Suvorov ordeni ilə təltif edildi.Герои Сталинградской битвы: окопный генерал Чуйков / Губернские Вести . İkinci Dünya müharibəsi zamanı göstərdiyi rəşadətlərə görə 1944 və 1945-ci illərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına, o cümlədən çoxsaylı orden və medallara layiq görülmüşdür.Чуйков В. И. Конец третьего рейха . — : Советская Россия, 1973.
İkinci Dünya müharibəsindən sonrakı illər thumb|Vasili Çuykovun döyüş göstəriciləri, 8 noyabr 1942 Vasili Çuykov 1949–1953-cü illərdə Almaniyada sovet qoşunları qrupunun baş komandanı,Jochen Hellbeck: Die Stalingrad Protokolle. S. Fischer Verlag, Frankfurt a. M. 2012, ISBN 978-3-10-030213-7, Kapitel Armeegeneral Wassili Tschuikow, S. 319–348. 1953–1960-cı illərdə Kiyev hərbi dairəsi qoşunlarının komandanı olmuşdur. Çuykov 1960-cı ildən SSRİ müdafiə nazirinin müavini və quru qoşunlarının baş komandanı, 1961-ci ildən SSRİ Mülki Müdafiə rəisinin müavini, 1964–1972-ci illərdə SSRİ Mülki Müdafiə rəisi, 1972-ci ildən isə SSRİ Müdafiə Nazirliyinin Baş inspektorlar qrupunun baş inspektoru olmuşdur. 1952–1961-ci illərdə Sov. İKP MK üzvlüyünə namizəd, 1961-ci ildən Sov. İKP MK-nın üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (2–10-cu çağırış) deputatı olmuşdur. 9 dəfə Lenin ordeninə layiq görülmüş, SSRİ hərb tarixində dərin iz buraxmış Vasili Çuykov 18 mart 1982-ci ildə Moskva şəhərində vəfat etmişdir.С молитвой в партбилете и сердцем в Сталинграде. Путь маршала Чуйкова . Özünün vəsiyyəti ilə Stalinqrad döyüşündə həlak olanların, "Ana-vətən" abidəsinin yanında—Volqoqradda Mamayev kurqanında dəfn edilir.Могилы знаменитостей. Чуйков Василий Иванович (1900–1982) .
Hərbi rütbələri Briqada komandiri (17.02.1938) Diviziya komandiri (23.07.1938) Korpus koma diri (9.02.1939) General-leytenant (4.06.1940) General-polkovnik (27.10.1943) Ordu generalı (12.11.1948) Sovet İttifaqı Marşalı (11.03.1955)
Mükafatlar və adlar thumb|1999-cu ildə V. İ. Çuykovun 100 illiyi şərəfinə buraxılmış poçt markası
SSRİ mükafatları İki dəfə Sovet İttifaqı Qəhrəmanı (19.03.1944, 6.04.1945)Sovet İttifaqı Qəhrəmanlarının siyahısı (V) 9 dəfə Lenin ordeni (1943, 1944, 1945, 1950, 1960, 1970, 1975, 1978, 1980) "Oktyabr inqilabı" ordeni (22.02. 1968) 4 dəfə Qırmızı Bayraq ordeni (1920, 1925, 1944, 1948) 3 dəfə Suvorov ordeni (1943, 1944, 1945) Qızıl fəxri silah (şaşka) (1968) 16 SSRİ medalı: "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı "Stalinqradın müdafiəsinə görə" medalı "Yaponiya üzərində qələbəyə görə" medalı "Berlinin alınmasına görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "Fəhlə-Kəndli Qırmızı Ordusunun XX illiyi" yubiley medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Xarici medallar "Xalqlar dostluğu ulduzu" ordeni (ADR) "Qrünvald xaçı" ordeni (PXR) "Hərbi rəşadətə görə" (Virtuti Militari) qızıl xaçı (PXR) Suxe-Bator ordeni (MXR) "Çin-Sovet dostluğu" medalı Çinin 2 ordeni
Fəxri adlar Volqoqradın fəxri vətəndaşı Berlinin fəxri vətəndaşı (8 may 1965-ci ildən 29 sentyabr 1992-ci ilə qədər). Zaporojyanın fəxri vətəndaşı Ulan Udenin fəxri vətəndaşı
Xatirəsi thumb|Volqoqradda Vasili Çuykovun heykəli Moskva vilayətinin Serebyannıy Prud şəhərində Vasili İvanoviç Çuykovun memorial ev-muzeyi,Дом-Музей В. И. Чуйкова — Серебряно Прудский район . Serebryannıy Prud şəhərində abidəsi (müəllifi — heykəltaraş Yevgeni Vuçetiç) Serebryannıy Prud şəhərində büstü (müəllifi — oğlu heykəltaraş Aleksandr Çuykov) Volqoqradın Mamayev kurqanında məzarı, Volqoqradda 62-ci ordu dənizkənarı parkında heykəli (müəllifi — oğlu heykəltaraş Aleksandr Çuykov)Памятник Чуйкову в Волгограде — фото. Zaporojyanın Dneprovski rayonunda büstüПамятник Герою Советского Союза . Zaporojya vilayətinin Smorodino kəndində xatirə nişanıГерой Советского Союза Желтов Алексей Сергеевич. "Герои страны" . Polşanın Poznan şəhərində memorial lövhə Rusiyanın bir çox şəhərlərində (Moskva, Volqoqrad, Kazan, Çelyabinsk, Zaporojya, Nikolayev və s.), o cümlədən, Ukrayna və Belorusda adına küçə vardır. Moskvadakı 479 №-li və s. kimi məktəblər onun adınadır.Положение о музейном комплексе "Боевой путь 62–8-й гвардейской ордена Ленина армии" государственного образовательного учреждения системы Департамента образования города Москвы . Perm hərbi institutu onun adınadır.
Ədəbiyyat
"Ташкент" — Ячейка стрелковая / [под общ. ред. А. А. Гречко]. — М. : Военное изд-во М-ва обороны СССР, 1976. — 690 с. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 8). Герои Советского Союза: Краткий биографический словарь / Пред. ред. коллегии И. Н. Шкадов. — М.: Воениздат, 1988. — Т. 2 /Любов — Ящук/. — 863 с. — 100 000 экз. — ISBN 5-203-00536-2. Великая Отечественная война 1941–1945. Энциклопедия / под ред. М. М. Козлова. — М.: Советская энциклопедия, 1985. — 832 с. — 500 000 экз. В. А. Егоршин "Фельдмаршалы и маршалы". М., 2000. Маршалы Советского Союза: личные дела рассказывают. М., 1996. Сталинградская эпопея. М.: Наука, 1968. Коллектив составителей и редакторов. Военный совет при народном комиссаре обороны СССР. 1938, 1940 гг.: Документы и материалы.. — М.: РОССПЭН, 2006. — 336 с. — 1000 экз. — ISBN 5–8243-0694-X. Ларин М. Ю., Хватов А. В. Неизвестные войны России. — М.: ООО "Дом Славянской книги", 2012. — 480 с.
İstinadlar
Həmçinin bax Stalinqrad döyüşü Böyük Vətən müharibəsi İkinci dünya müharibəsi
Xarici keçidlər
Kateqoriya:"Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:İki dəfə Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXI qurultayının nümayəndələri