Qabtali upazilası () — Banqladeşin Rayşahi regionunun Boqra əyalətində yerləşən upaziladır. Qabtali upazilası 1914-cü ildə təsis olunmuşdur və 1983-cü ildə upazilaya çevrilmişdir. Upazila onun inzibati mərkəzi olan Upazila şəhərinin adını daşıyır.

Coğrafiyası Qabtali upazilasının ümumi sahəsi 239,61 kvadrat kilometrə bərabərdir. Upazila Şibqany upazilasından şimalda, Sonatala upazilasından şimalda və şərqdə, Sariakandi upazilasından şərqdə, Dunat upazilasından cənubda, Şayahanpur və Boqra Sadar upazilalalarından qərbdə yerləşmişdir.

Demoqrafiya Qabtali Demoqrafiya İl Əhaliİllik artım(%) 1981 229,000 — 1991 266,000 +16.2% 2001 290,000 +9.0% 2011 320,000 +10.3%

2011-ci ildə Banqladeşdə əhalinin siyahıya alınmasına görə Qabtali upazilasının əhalisini 319588 nəfər təşkil edir. Əhalinin 83411 nəfəri kənd təsərrüfatı ilə məşğul olur. Urbanizasiya səviyyəsi 6.7%-ə bərabərdir. Əhalinin 9.8% -ini 5 yaşından aşağı şəxslər təşkil edir. Savadlılıq səviyyəsi (7 yaş və ondan yuxarı) 46.6%-dir. Əhalinin milli tərkibinin 51.8%-ini yerli xalqlar təşkil edir.

İnzibati bölgüsü Qabtali upazilası Qabtali bələdiyyəsi və 11 müttəfiq parişada bölünür. Parişadlar bunlardır: Baliya Digi, Dakşinpara, Durqahata, Qabtali, Kaqail, Mahişaban, Naruamala, Nasipur, Nepaltali, Rameşvarpur və Sonaray. Parişad ittifaqları 103 mauzaya və 211 kəndə bölünür.

Qabtali bələdiyyəsi 9 palataya və 21 mahala bölünür.

Nəqliyyat Dəmir yolu stansiyaları Qabtali və Sukanpukur upazilalarını Santahar və Kauniya upazilaları ilə birləşdirməyə imkan yaradır. Upazila 2014-cü ilin iyul ayında altı və ya səkkiz şəhərdaxili və altı poçt gündüz qatarları ilə təchiz edilmişdir.

Təhsil

Qabtali upazilasında doqquz kollec fəaliyyət göstərir. Qabtali Hökumət Kolleci yeganə dövlət kolleci hesab olunur. Özəl kolleclərə isə Durqahatta Dərəcəsi Kolleci, Şahid Ziya Dərəcəsi Kolleci, Taranir Hat Dərəcəsi Kolleci və Taslim Uddin Tarafder Dərəcəsi Kolleci daxildir. Şuxan Pukurda yerləşən Syed Əhməd Kolleci upazilada öz səviyyəsinə görə digər kolleclərdən fərqlənən yeganə kollecdir.

Mədrəsə təhsil sisteminə üç fazil mədrəsəsi daxil edilmişdir.

Görkəmli şəxsiyyətləri Ziaur Rahman — Banqladeş Prezidenti. (1977-1981) Öz uşaqlığının çox hissəsini Qabtali upazilasında yerləşən Baqbari kəndində keçirtmişdir.

İstinadlar