Yuval Filo () — İsraili təmsil edən bədii gimnast. Yuval Filo 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Filo həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Avropa Çempionatında isə bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.
Karyerası Yuval Filo 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alona Koşevatskiy, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2015 Avropa Oyunlarında gimnastlar Kateqoriya:Bədii gimnastika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları