Şakir Şıxəliyev () — Azərbaycanı təmsil edən idman gimnastı.
Karyerası Şakir Şıxəliyev dəfələrlə Dünya və Avropa Çempionatlarında çıxış eləsə də, ciddi uğurlara imza ata bilmədi.
Şakir Şıxəliyev 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Şakir Şıxəliyev bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Şakir Şıxəliyev ümumi nəticədə təsnifat mərhələsini 80.364 balla 40-cı pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ayrı-ayrı alətlərdə də Şakir Şıxəliyev final mərhələsinə vəsiqə qazana bilmədi.
İstinadlar
Kateqoriya:Azərbaycanın idman gimnastları Kateqoriya:Azərbaycanın olimpiya gimnastları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Azərbaycan olimpiya idmançıları