Ağın içinə () — 2012-ci ildə Petter Næss tərəfindən müharibə janrında çəkilmiş film. Filmin ssenarisi Ole Meldgaard, Dave Mango və Petter Næss tərəfindən yazılmışdır. Filmin baş rollarında Rupert Qrint, Florian Lukas kimi aktyorlar iştirak ediblər.

Məzmun Filmdə baş verən hadisələr real həyatdan götürülmüşdür. İkinci dünya müharibəsi zamanı 1940-cı ilin 27 aprel tarixində Luftvaffe pilotu Hornst Şkops idarə etdiyi Heinkel He 111 tipli bombardımançı təyyarəsi ilə Norveçin daxili bölgələrindən olan Qrontil yaxınlarında vurulur. Alman təyyarəsi, ingilis pilotun idarə etdiyi Blackburn Skua markalı təyyarə tərəfindən vulur. Alman təyyarəsində olan dörd pilotdan bir nəfəri həlak olsa da, digər üç nəfər yaxınlıqda yerləşən ovçu komasına sıxınır. Vurulmuş ingilis təyyarəsinin iki pilotuda almanların qaldığı ovçu komasını tapır və buraya gəlirlər. Alman əsgərlər ilk öncə ingilisləri ovçu komasına qəbul etməsələrdə, sonradan onların komanının kiçik bir bölməsində yaşamalarına icazə verirlər. Filmdəki hadisələr sərt Norveç qışının qarşısında bir-birinə düşmən olan iki təyyarəçi qrupun arasındakı münasibətlərdən, fədəkarlıqlardan və zaman-zaman dostluqdan söhbət açılır.

Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:Norveç filmləri Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:Norveçin müharibə filmləri Kateqoriya:Norveçin dram filmləri Kateqoriya:Almanca filmlər Kateqoriya:Norveçcə filmlər Kateqoriya:2012-ci ilin İsveç filmləri Kateqoriya:Dramatik müharibə filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Scanbox Entertainment filmləri Kateqoriya:Aviasiya haqqında filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:İngilis dilində macəra filmləri Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:İngilis dilində macəra filmləri Kateqoriya:İsveçdə çəkilən filmlər Kateqoriya:Norveçdə çəkilən filmlər Kateqoriya:Scanbox Entertainment filmləri Kateqoriya:Fransanın dram filmləri