Şahzadə Elizabet TorpağıMost features of Antarctica listed in one single file, provided by the USGS (Princess Elizabeth Land is not listed there) () — Şərqi Antarktida ərazisində, 73 və 88° şərq uzunluqları arasında yerləşən bölgə.
Coğrafiya Qərbdən MQQ vadisi və Eymeri şelf buzlağı, şərqdən isə II Vilhelm Torpağı ilə əhatələnir. Sahillərini Birlik dənizi və Deyvis dənizi yuyur. Şahzadə Elizabet Torpağına iki sahil daxildir: İnqrid Kristensen sahili — 73°35' - 81°24' ş.u. Leopold və Astrid sahili — от 81°24' до 87°43' ş.u.
Şərq hissəsində Qərbi şelf buzlağı yerləşir. Buzlağın hündürlüyü mərkəzi hissədə 2000–2500 m, digər hissələrdə 1000—1500 metrdir. Sahil bölgələrində vahələrə rast gəlinir. Tarixi Şahzadə Elizabet Torpağı Britaniya-avstraliya-yenizelandiya ekspedisiyasının təhbəri Duqlas Mouson tərəfindən 1931-ci ildə kəşf etmiş və Böyük Britaniya kraliçası II Elizabetin şərəfinə adlandırmışdır.
Əraziyə rəsmi olaraq Avstraliya iddia edir. Ancaq 1961-ci ildə imzalanmış sənədə görə iddialar dondurulmuşdur.
Ərazisində çoxlu sayda qütb stansiyası mövcuddur Deyvis (Avstraliya), Çjunşan (Çin), Proqres-2 (Rusiya).
İstinadlar
Mənbə Şahzadə Elizabet Torpağı Australian Antarctic Gazetteer
Kateqoriya:Şahzadə Elizabet Torpağı