Azərbaycan dastanları () — Azərbaycan şifahi xalq ədəbiyyatının tərkib hissəsi.

"Kitabi Dədə Qorqud" dastanının mənşəyi Mərkəzi Asiya olsa da, oğuzların sıx məskunlaşdığı Azərbaycan ərazisində formalaşıb.Мелетинский Е. М. Огузский эпос "Китаб-и дэдэм Коркут" // История всемирной литературы: В 8 томах / АН СССР; Ин-т мировой лит. им. А. М. Горького. — М.: Наука, 1985. — Т. III. — С. 588–590. Buradakı hekayə və mahnılar XIII əsrin başlanğıcından gec olmamaqla formalaşmış, XV əsrdən gec olmamaqla yazıya alınmış olmalı idi.Michael E. Meeker. The Dede Korkut Ethic (англ.) // International Journal of Middle East Studies. — 1992. — August (vol. 24, no. 3). — P. 395–417. Dastanın günümüzə azərbaycan dilindəki Drezden əlyazması və XVI əsr türkcəsinə yaxın Vatikan əlyazması gəlib çatıb.Китаби Деде Горгуд = Китаби-Дəдə Горгуд / Составители, транскрипция, упрощённый вариант и предисловие Фархада Зейналова и Самета Ализаде. — Б.: Язычы, 1988. — 265 с. — ISBN 5560002518. (азерб.) Dastan oğuzların işğal edilmiş Qafqaz torpaqlarında "kafirlərlə" mübarizəsində bəhs edir.Короглы Х. Китаби деде Коркуд // Большая советская энциклопедия. — М., 1973. — Т. XII. — С. 203.Китаби-Дәдә Горгуд (азерб.) // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Б.: Главная редакция Азербайджанской советской энциклопедии, 1981. — C. V. — S. 408. Oğuz xanla bağlı "Tarix-i Oğuz" dastanının isə Nizami Gəncəvinin "İsgəndərnamə"si ilə bənzər süjet xətlərinə malik olması bu dastanın da Azərbaycanda yaradılmasını sübut edir. Həm "Kitabi-Dədə Qorqud", həm də "Oğuznamə" dastanı müxtəlif Azərbaycan miflərinin mənşəyidir.

Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yaradılmışdır. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir, hətta azərbaycan xalqı ilə əlaqələr nəticəsində "Aşıq Qərib" dastanı erməni və gürcülərə keçir.Даронян С. К. "Ашик-Кериб" Лермонтова и армянские записи сказания. — "Вестник общественных наук АН Армянской ССР", 1974. — № 4. — С. 79–92. Bu lirik və epik romansların türk ədəbiyyatının Osmanlı və Çağatay qolları ilə müqayisədə Azərbaycan ədəbiyyatının xarakterik bir xüsusiyyəti hesab edilə bilər.Sakina Berengian. Azeri and Persian literary works in twentieth century Iranian Azerbaijan. — Berlin: Klaus Schwarz Verlag, 1988. — С. 20. — 238 с. — ISBN 978-3-922968-69-6. XVIII əsr ədəbiyyatının ən önəmli ədəbi abidəsi anonim müəllifin "Şəhriyar və Sənubər" xalq dastanı əsasında yazdığı "Şəhriyar" dastanıdır.АЗЕРБАЙДЖАНСКАЯ ЛИТЕРАТУРА, ФЭБ "Русская литература и фольклор". Digər məşhur Azərbaycan dastanları "Abbas və Gülgəz", "Abdulla və Cahan", "Şikari", Firdovsinin "Şahnamə"sinə əsaslanan "Rüstəm və Söhrab"dır.

Siyahı Abbas və Gülgəz Abbas-Dahadürüs Abdulla və Cahan Adıgözəl Ayğır Həsən Alıxan-Pəri Aslan-İbrahim (Zülal şah) Aşıq Alının Türkiyə səfəri Aşıq Qərib Aşıq Hüseyn Bozalqanlının Tiflis səfəri Aşıq Saleh Becan oğlu Məhəmməd Bəhram şah Bikəs Valeh-Zərniyar Valeh-Taleh Vanlı Kuçek Bilici Əmirxan Qandal Nağı Qara Məlik Qasım Qasım bəy Qaçaq Kərəm Qaçaq Tanrıverdi Qul Mahmud Mahmud-Nigar Quluxan Qurbani-Pəri Qurbani-Gülsənəm Dilaram xanım Dilsuz-Xəzəngül Dilqəm Əli Rafi Əmrah Əsli və Kərəm Əsmər Diləfrüz Yetim Aydın Yetim Hüseyn Yetim Seydi Kamal Kamandar Məmməd Keşişoğlu Kürdoğlu Alı Kürdoğlu-Sənubər Kəlbi Kərkərli Məmməd Gül-Sənubər Gürcü qızı Leyli-Məcnun Lətif şah Maral Mars-Ulduz Mahmud Səadət Mahmud Əsmər Məsim-Diləfrüz Məhəmməd bəzirgan Məhəmməd-Güləndam Məhəmməd-Səlminaz Muğum şah Nakam Məhəmməd Nəcəf-Pərzad Nizami-Afaq Novruz Ordubadlı Kərim Pəri xanım Gürcüstani Rövşən-Gülşən Saili Saleh Səlim şah Sam Şahzadəsi Səyyad-Sədət Seyid-Pəri Seyfəlmülük Tahir-Zöhrə Teyhur Təhmiraz Fərhad-Şirin Xəstə Qasım Heydər bəy Həsən-Ayna Hicran-İnsan Həsən-Səlvi Həsən Tarlaçı Cəlali Kürdoğlu Şah Abbas-Zöhrə Şah İsmayıl-Gülzar Şah Səməd-Şəmsi Şair Kazım Şəmkirli Hüseyn-Reyhan xanım Şahzadə Bəhrəm Şahzadə Əbülfəz Şahzadə İbrahim Şəhri-Mehri

İstinadlar

Əlavə oxu Reichl, Karl, "Oral Epics, Azeri", in: Encyclopedia of Turkic Languages and Linguistics Online, General Editor: Lars Johanson. Consulted online on 19 October 2023 Turmuş, M. (2010). Battal Gazi Ve Azerbaycan Kahramanlık Destanları . Motif Akademi Halkbilimi Dergisi , 3 (6) , 65–73 . Retrieved from https://dergipark.org.tr/tr/pub/mahder/issue/36318/410685

Həmçinin bax Azərbaycan ədəbiyyatı Dastan