Meynfreym – ümumi məqsədli yüksək məhsuldarlığa malik universal elektron hesablama maşınlarıdır (EHM). Bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompüterlərin istehsalı ilə IBM kimi nəhəng şirkətlər məşğul olur. Bu cür kompüterlərin qiyməti 1 milyon dollar dəyərində və daha baha olur.

Həmçinin bax kompüter İnformatika IBM

Xarici keçidlər Mainframe servers: zSeries System/390 Compatible — Fujitsu Computer Systems HITACHI : Computer & Network Systems Servers

Kateqoriya:Kompüter Kateqoriya:İnformatika Kateqoriya:İngilis dilində ifadələr