Antarktika pinqvini () — Antarktika pinqvinləri cinsininə daxil olan pinqivin növü.
Areal Bu növün yayılma arealı Antarktidanın Cənubi Amerikaya yaxın hissəsi, Cənubi Georgiya Buve və Balleni adalarıdır. Onlar hətta Folklend adalarına qədər gələ bilirlər. Onlara hətta Antarktikanın sularında üzən aysberqlərin üzərində belə rast gəlinir. Onların ümumi sayı 6,5–7,5 milyon baş olması düşünülür.
Xüsusiyyətləri Yetkin antarktika pinqvinləri 60–70 sm, çəkiləri isə 4,5 kq təşkil edir. Bel hissəsi və başı boz (demək olar ki qarayaya çalır) olur. Ön hissəsi ağ rəngdədir. Boğaz və qulaq hussəsindən qara zolaq keçir. Pinqivinlər yuvanı təbiət daşları üzərində qurur. Dişi və erkək 35 gün ərzində yumurtaya növbəli şəkildə baxır. Balalar artıq 50–60 günlüyündə dənizə çıxır. Yetkin pinqivinlər dənizin 250 metr dərinliyinə enə bilir. Qida əldə etmək məqsədi ilə yumurta qoyduğu yerdən 1000 km uzağa üzə bilir. Əsasən kril və kiçik balıqlarla qidalanır.
Qalereya
Maraqlı fakt 2006-cı ilin iyun-iyul ayları Rio-de-Janeyro sahillərində çoxlu sayda Antarktika pinqivini müşahidə edilmişdir Alimlərin fikrinə görə XXI əsrin sonlarına buzların əriməsi səbəbindən pinüivinlərin 60 % məhv ola bilər.
Mənbə Pinqivinlər haqqında məlumat 70south.com: Antarktika pinqivini Penguin World: Antarktika pinqivini
İstinadlar
Kateqoriya:Antarktika pinqvinləri Kateqoriya:Antarktida quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar