TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) — 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan, şəxsi qeyri-kommersiya fondudur. İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir. İdeyaların mövzuları fərqlidir:elm, incəsənət, dizayn, mədəniyyət, biznes, qlobal problemlər, texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir.thumb|Kurator Kris Anderson Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur.

Tarix thumb| Cimmi Ueyls "The birth of Wikipedia"

TEDGlobal2015 Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur.

1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur.

TED Talks TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır.

iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur.

Hazırda onlayn rejimdə 15 milyonluq auditoriya tərəfindən 100 milyondan çox baxılan 400 video vardır. TED Open Translation Project layihə çərçivəsində 8000-dən çox könüllü çıxışları bir neçə dillərə tərcümə edir.

TED Prize TED Prize- 2005-ci ildən tərtib olunan TED mükafatıdır. İlk vaxtlar hər il "dünyanı dəyişmək arzusu"-na (wish to change the worldTED 2008 / Day 2: Dave Eggers and Tutoring, Neil Turok and the next African Einstein, Karen Armstrong and the Charter for Compassion )

100 000 $-lıq 3 mükafat verilirdi.2010-cu ildən başlayaraq isə yalnız bir mükafat təqdim olunur. 2005-ci il- BONO, Edvard Burtinskiy, Robert Fischell 2006-cı il- Larry Brilliant, Jehane Noujaim, Cameron Sinclair 2007-ci il- Bill Klinton, Edvard Vilson, Ceyms Naxtvey 2008-ci il- Neil Turok, Dave Eggers, Karen Armstronq 2009-cu il- Sylvia Earle, Jill Tarter, José Antonio Abreu 2010-cu il- Ceyms Trevor Oliver 2011-ci il- JR 2012-ci il- City 2.0 2013-cü il- Sugata Mitra 2014-cü il- Charmian Gooch 2015-ci il- David Isay 2016-cı il- Sarah Parcak

TEDx TEDx TED layihəsi olaraq, fərqli insanlara və ya kollektivlərə müxtəlif ölkələrdə, şəhərlərdə, universitetlərdə müstəqil TED tipli konfranslar təşkil etməyə icazə verir. TEDx, TED lisenziyası əsasında təşkil olunur.

Azərbaycanda TEDx ilk dəfə olaraq 2010-cu ildən etibarən keçirilməyə başlanmışdır (TEDxBakı).

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Konfranslar Kateqoriya:Beynəlxalq konfranslar Kateqoriya:Beynəlxalq təşkilatlar