İsa səhrada"Ivan Kramskoy" . The American Society of Portrait Artists. 2010–03–29."Jesus Christ in the Wilderness by Ivan Kramskoi" . Art Studio. 2010–03–29. (, ) rus rəssam İvan Kramskoy tərəfindən 1872-ci ildə çəkilmişdir və hazırda rəsm Tretyakov qalereyasında sərgilənir.Христос в пустыне (1872) Крамской Kramskoy.info. . 2010–03–30. Rəsmin ölçüləri 180×210 sm-dir.

Əsərin təsviri Əsərin süjeti Əhdi-cədiddə təsvir olunmuş vəftiz olunduqdan sonra İsanın səhrada qırx günlük oruc tutması və bu oruc zamanı şeytan tərəfindən sınağa çəkilməsi hadisəsindən bəhs edir. Rəssamın sözlərinə görə o hər bir insanın həyatında qaçınılmaz olan dramatik situasiyanın əxlaqi seçim anını əks etdirmək istəmişdir.

Əsər haqqında Rəsmdə boz qayalıqlar səhrasında hansısa bir daşın üzərində əyləşmiş İsa təsvir edilmişdir. Kramskoy dan yerinin sökülüb səhərin yeni açıldığını göstərmək üçün soyuq rənglərdən istifadə etmişdir. Üfüq xətti kifayət qədər aşağıda yerləşib və rəsm əsərini ikiyə bölür. Aşağı hissədə soyuq səhra, yuxarı hissədə isə işığın, ümidin, gələcək dəyişikliyin simvolu olan səhər günəşin çıxmasından öncəki səma ilə birgə təsvir edilib.

Nəticədə qara plaş və qırmızı xirqə geymiş İsa fiquru rəsmin məkanı üzərində üstünlük təşkil edir və eyni zamanda onu əhatə edən sərt landşaftla harmoniyadadır. thumb|right|İsanın əli (Əsərdən fraqment) Əsas diqqət İsanın əllərinə və sifətinə verilmişdir, bu da onun obrazının insaniliyinin psixoloji inandırıcılığını təmin edir. Rəsm sükunətdədir, burada hərəkət yoxdur, lakin yaşanmış və hələ yaşanılacaq əzablara baxmayaraq sınmayan güclü ruhun və əqlin fəaliyyəti aydın sezilir.

İstinadlar

Xarici keçidlər "İsa səhrada" Tretyakov qalereyası

Kateqoriya:1872-ci ilin əsərləri Kateqoriya:Tretyakov qalereyasında saxlanılan rəsm əsərləri Kateqoriya:İsanın təsvir edildiyi rəsm əsərləri Kateqoriya:Əhdi-cədidə əsaslanan rəsmlər Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər