My Mental Choices are Completely Interfering with my School Romantic Comedy, Yaponiyada tanınan adı ilə və ya qısaca — Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmış ranobe seriyası. 2012-ci ilin yanvarında 2016-cı ilin fevralına kimi Kadokawa Shoten nəşriyyatı tərəfindən Kadokawa Sneaker Bunko imprinti altında 12 cildi buraxılmışdır. Sayaka İtsukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında 2013-cü ildən 2015-ci ilə kimi nəşr olunmuşdur.

Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime adaptasiyası istehsal olunmuş və 2013-cü ilin oktyabrından dekabrına kimi yayımlanmışdır.

Məzmun Kanade Amakusa adlandırılan lənətdən əziyyət çəkən lisey tələbəsidir. Bu lənət günün istənilən vaxtında ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməsini tələb edir. Hətta bu seçimlər biabırçı olsa belə. Əgər hər hansı seçimdən birini seçməsə, bu, onda güclü baş ağrısına səbəb olur. Seçimlərin çoxu tərbiyəsiz və ədəbsiz xarakter daşıdığından Kanadenin sinif yoldaşları və ətrafındakı insanlar arasındakı nüfuzuna xələl gəlir və həyatı çətinləşir. Lakin günlərin bir günü etdiyi bir seçim sayəsində göydən üzərinə müəmmalı, gözəl gənc qız düşür. Kanade kəşf edir ki, özünü Şokolad adlandırılan bu qız tanrı tərəfindən ona kömək etmək üçün göndərilmişdir. Belə ki, Kanade "Mütləq seçim" lənətindən qurtulmaq üçün tanrı tərəfindən verilmiş missiyaları yerinə yetirməlidir. Əgər missiyaların birində uğursuzluğa düçar olsa, lənət həmişəlik onda qalacaq.

Personajlar Əsas

, İkumi Hayama (qız forması) Kanade seriyanın baş qəhrəmanıdır. "Mütləq seçim" adlı lənətdən əziyyət çəkir. Bu lənət ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməyə məcbur edir. Əgər seçimlərdən heç birini seçməzsə, güclü baş ağrısına məruz qalır. Daha sonra Şokolad ilə qarşılaşır və lənətdən qurtulmaq üçün tanrı tərəfindən verilmiş missiyaları yerinə yetirməyə başlayır. Əgər missiyaların birində uğursuzluğa düçar olarsa, lənət həmişəlik onda qalacaq. "Mütləq seçim" Kanadenin liseydəki nüfuzuna böyük xələl gətirir. Sinif yoldaşları onu əxlaqsız və Rədd edilmiş beşliyin üzvü hesab edirlər.

Kanadenin liseydən evə qayıdarkən Mütləq seçimin ona verdiyi "göydən gözəl qız düşsün" seçimini seçdikdən sonra tanış olduğu qızdır. Düşərkən yaddaşını itirdiyindən əsl adını xatırlaya bilmir, Kanadenin ona verdiyi şokoladlardan ilhamlanaraq özü üçün Şokolad adını seçir. Şokolad tanrı tərəfindən Kanadenin lənətdən qurtulmaq üçün verdiyi missiyaları yerinə yetirməkdə kömək etmək üçün göndərilib. Lakin Şokolad çox tənbəl və bir az axmaq qızdır, bütün günü şirniyyat yeməklə məşğuldur. Dediyinə görə yaddaşını itirib və lənəti aradan qaldırmaq haqqında bildiklərini unudub. İkinci cilddə Kanadenin sinfində oxumağa başlayır.

Təcrid olunmuş beşlik liseydə qəribə şəxsiyyətlərinə görə digər tələbələrdən kəskin fərqlənən beş tələbəyə verilmiş şərti addır.

Kanade ilə bir sinifdə oxuyan qızdır. Onun arxasındakı partada əyləşir. Onun çox qəribə yumor anlayışı var və zarafatları çox vaxt başa düşülməyən olur. Kanadeyə qarşı sevgi hislərinin olduğu açıq-aydın görünür, lakin ona qarşı tsundere rəftar sərgiləyir. Şirin şeylərə, xüsusilə Ağ donuz adlı personaja qarşı böyük heyranlığı var. Lakin əsl təbiətini heç kimi göstərmir.

Kanadenin sinif yoldaşıdır. Çox enerjili və gülərüz qızdır, özü ilə həmişə qəribə alətlər və əşyalar gətirir. Oka UOG adlı şirkətin prezidentinin qızıdır. O, Kanadenin missiyalarından xəbərdardır, lakin bunun arxasındakı səbəbi bilmir və ona kömək etməyə çalışır.

Kanadenin uşaqlıq dostudur. Tanış olduğu hər şəxsi böyük qardaşı və böyük bacı çağırmaq kimi vərdişi var. Dediyinə görə əgər bu sözlərdən başqa sözlərlə başqasına xitab etsə və ya kimsə ona böyük bacı kimi xitab etsə, özünü pis hiss edir.

Müəmmalı şagirddir. Həm kişilərə, həm də qadınlara qarşı marağı var.

Liseyin son sinif tələbəsidir. Liseydəki qəribə tələbələrin lideridir və həmişə maska geyinir.

Populyar beşlik Populyar beşlik liseydəki ən populyar beş tələbəyə verilmiş şərti addır.

Məktəb şurasının prezidenti və Populyar beşliyin lideridir. Kanadenin lənətindən xəbəri var, lakin ona kömək etmək əvəzinə vəziyyəti daha da əyləncəli etməyə üstünlük verir. Tanrı ilə hansısa əlaqəsinin olduğu görünür və digər personajlara nisbətən lənət haqqında daha məlumatlıdır. Onun dediyinə görə lənətdən qurtulmaq üçün aşiq olmaq lazımdır, lakin daha ətraflı məlumat vermir.

Məktəb şurasının vitse-prezidenti və məktəbin ən populyar oğlanıdır. Normal tələbədir və Təcrid olunmuş beşliyin hərəkətlərindən yorulur. Onun özündən kiçik beş bacısı var. Sakit və soyuqqanlıdır.

Yuuocinin ən yaxın dostudur. Çox saf və məsum qızdır. Ətrafında oğlan tələbələr olduqda utanmağa başlayır. Liseyin ən populyar üçüncü qız tələbəsidir və oğlanlar arasında çox populyardır. Hətta onun "qoruyucuları" var. Əgər kimsə Konaqiyə qarşı ədəbsiz hərəkət edərsə, "qoruyucuları" onu cəzalandırır. Amakusa lənətinə görə Konaqiyə qarşı bir neçə ədəbsiz hərəkət etdiyindən bir neçə "qoruyucuların" qurbanı olur.

Çox lovğa və sərt qızdır. Liseyin ən böyük döşləri onda olduğundan Yukihira ona paxıllıq edir və onlar tez-tez mübahisə edirlər. Kanade əslində döşlərinin silikon olduğunu öyrənir, lakin hər ikisi bunu sirr kimi saxlamağa qərar verirlər. Ayameyə görə onun kobud şəxsiyyətə malik olmasının səbəbi uşaqlıq dostunun tsundere qızlardan xoşlanması olub.

Birinci kurs tələbəsidir. Əsasən sakitdir, qızlara qarşı alicənabdır. Şokolada qarşı sevgi hislərinin olduğu görünür.

Digərləri

Amakusanın müəllimidir. O da Kanade kimi keçmişdə "Mütləq seçim" lənətindən əziyyət çəkirdi. Lakin lənət haqqında Kanadeyə ətraflı məlumat verə bilmir, çünki nə vaxt bunu etməyə çalışsa, başı ağrımağa başlayır. Kanadenin Mütləq seçim lənətinə görə etdiyi hərəkətləri anlayışla qarşılayır. Görünüşü ibtidai sinif şagirdini xatırlatsa da, əslində 29 yaşı var.

Tanrı Kanadeyə lənətdən qurtulmaq üçün missiyalar verir. Kanadeni lənətinə görə tez-tez ələ salır, buna görə Kanade onu adlandırır. Onun dediyinə görə yenicə tanrı olub və buna görə lənəti birbaşa götürə bilmir. O həmçinin bildirir ki, ona seçimləri göstərən tanrı o deyil, başqasıdır.

Media Ranobe Ranobe seriyası Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmışdır. Kadokawa Shoten 31 yanvar 2012-ci ildən 1 fevral 2016-cı ilə kimi Kadokawa Sneaker Bunko imprinti altında 12 cildini buraxmışdır.

Cild siyahısı

Manqa Sayaka İtsukanın rəssamlığı ilə istehsal olunmuş manqa adaptasiyası 1 fevral 2013-cü ildən 1 may 2015-ci ilə kimi Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" onlayn jurnalında yayımlanmışdır. Enterbrain 13 iyul 2013-cü ildən 15 iyun 2015-ci ilə kimi manqanın beş tankobon cildini buraxmışdır.

Anime Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime serialı adaptasiyası istehsal olunmuşdur. Anime Yaponiyada 9 oktyabr 2013-cü ildən 11 dekabr 2013-cü ilə kimi yayımlanmışdır. Crunchyroll vasitəsilə də nümayiş etdirilmişdir. Ssenari Hiroko Kanasuqi tərəfindən yazılmışdır, baş animasiya rejissoru Hiroyuki Saydadır. Personaj dizaynları üçün Yukivonun orijinal dizaynlarından istifadə edilmişdir. Səs rejissoru Takayuki Yamaquçi, bəstəkar Mages-dir. Açılış mahnısı Afiliya Saqa tərəfindən ifa olunan "S・M・L☆" (Sweet Melty Love) mahnısı, bağlanış mahnısı isə mahnısı olmuşdur. 20 may 2014-cü ildə ranobenin 8-ci cildi ilə birlikdə OVA seriyası buraxılmışdır.

Seriya siyahısı № Azərbaycanca başlıq Yaponca başlıq Yayım tarixi

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2012-ci ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2013-cü ilin manqaları Kateqoriya:2013-cü ilin anime serialları Kateqoriya:2014-cü ilin anime OVA-ları Kateqoriya:Yaponiya sevgi romanları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Harem anime və manqaları Kateqoriya:Eççi anime və manqaları Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Kadokawa Sneaker Bunko Kateqoriya:Enterbrain manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:Diomedéa Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Madman Entertainment animeləri Kateqoriya:Sentai Filmworks Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Anime və manqalarda LGBT personajlar Kateqoriya:Uydurmada yaddaşın silinməsi və dəyişdirilməsi Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Kadokawa Dwango franşizləri