Qu Xuesong (21 iyun 1993) — Çinli oxatan. Qu Xuesong Çin Xalq Respublikasını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qu Xuesong həm də 2015-ci ildə Kopenhagen şəhərində baş tutan Dünya Çempionatında qarışıq komanda yarışlarında bürünc medal qazanıb.
Karyerası Qu Xuesong birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Qazaxıstanın nümayəndəsi Sultan Duzelbayev ilə üz-üzə gəldi. Həmin görüşdə Qu Xuesong rəqibinə 4:6 hesabı ilə uduzdu.
Mənbələr İstinadlar
Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:2014 Asiya Oyunları medalçıları