Andrey Nikolayeviç Tupolev (; ) — SSRİ aviakonstruktoru, üçqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1957, 1972), General-polkovnik-mühəndis (1968), texniki elmlər doktoru.
Həyatı Andrey Tupolev 10 noyabr 1888-ci ildə Tver quberniyasının Pustomazovo kəndində anadan olmuşdur. 1918-ci ildə Moskva Ali Texniki Məktəbini bitirdikdən sonra N. Y. Jukovski ilə birlikdə Mərkəzi Aerodinamika İnstitutunun təşkilində iştirak etmişdir. Tupolevin rəhbərliyi ilə 100-dən artıq müxtəlif tipli təyyarə yaradılmışdır. Onun təyyarələrində 78 dünya rekordu qazanılmış, 28 nadir uçuş başa çatdırılmışdır. Böyük Vətən Müharibəsində Tupolevin təyyarələrindən geniş istifadə olunmuşdur. Müharibədən sonra da Tupolevin rəhbərliyi ilə bir sıra hərbi və mülki təyyarələr, o cümlədən 1-ci sovet reaktiv bombardmançı təyyarəsi Tu-12 (1947), Tu-16, 1-ci sovet reaktiv sərnişin təyyarəsi Tu-104 (1954), həmçinin Tu-114, Tu-124, Tu-134, Tu-154 təyyarələri işlənib hazırlanmışdır. Tupolev Böyük Britaniya Kral Aviasiya Cəmiyyətinin (1970) və Amerika Aviasiya və Kosmonavtika İnstitutunun (1971) fəxri üzvü olmuşdur. Andrey Tupolev 1972-ci ildə Moskvada vəfat etmişdir.
Mükafatları Sosialist Əməyi Qəhrəmanı (1945, 1957, 1972) 8 dəfə "Lenin" ordeni (1933, 1945, 1947, 1949, 1949, 1953, 1958, 1968 "Oktyabr inqilabı" ordeni (1971) "Qırmızı əmək bayrağı" ordeni (1927, 1933) "Qırmızı ulduz" ordeni (1933) II dərəcəli "Suvorov" ordeni (1944) "Vətən müharibəsi" ordeni (1943) "Şərəf nişanı" ordeni (1936) SSRİ Dövlət mükafatı (1972) "Lenin" mükafatı (1957) "Stalin" mükafatı (1943, 1948, 1949, 1952).
İstinadlar
Ədəbiyyat
Рябчиков Е., Магид А., Становление, М., 1978. Пономарев А. Н., Советские авиационные конструкторы, 2 изд., М., 1980. Кербер Л. Л. Ту — человек и самолёт. — М.: Советская Россия, 1973. — 288, с. — (Люди Советской России). — 50 000 экз. (в пер.) Бодрихин Н. Г. Туполев. — Молодая гвардия. — М., 2011. — 456 с. — (ЖЗЛ). — ISBN 978-5-235-03439-6. "С. П. Королёв. Энциклопедия жизни и творчества" — под редакцией В. А. Лопота, РКК "Энергия" им. С. П. Королёва, 2014 г. ISBN 978-5-906674-04-3
Kateqoriya:Təyyarə dizaynerləri Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Əmək qəhrəmanları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:Tupolev təyyarələri Kateqoriya:SSRİ general-polkovnikləri Kateqoriya:Üçqat Sosialist Əməyi Qəhrəmanları