Cənubi Afrika randı (ISO 4217 kodu: ZAR) — Cənubi Afrikanın pul vahidi. Cənubi Afrika randı çox vaxt R hərifi ilə işarə olunur. Rand sözü Yohannesburqun əsası qoyulduğu və Cənubi Afrikanın qızıl yataqlarının əksəriyyətinin yerləşdiyi Vitvatersrand adlanan yerdən gəlir. Cənubi Afrika valyutası olan Cənubi Afrika Randı (ZAR) ilk dəfə 1961-ci ilin fevral ayında Cənubi Afrikanın Respublikasının əsası qoyulmamışdan əvvəl təqdim olundu və rand Cənubi Afrikanın köhnə valyutası olan poundu əvəz etdi. 1970-ci illərin əvvəllərinə qədər 1.5 rand 1 ABŞ dolları dəyərində idi. Ancaq sonrakı onilliklər ərzində randın dəyəri sürətlə düşməyə başladı. 1990-cı illərdə siyasi vəziyyət dəyişdikcə, randın dəyəri daha da azaldı.
İstinadlar
Kateqoriya:Afrika valyutaları Kateqoriya:CAR pulları Kateqoriya:Botsvana pulları Kateqoriya:Lesoto pulları Kateqoriya:Namibiya pulları Kateqoriya:Esvatininin pulları Kateqoriya:Zimbabve pulları Kateqoriya:Valyuta simvolları