Is This a Zombie?, Yaponiyada tanınan adı ilə və ya qısaca — Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılan ranobe seriyası. Fujimi Shobo nəşriyyatı 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa kimi Fujimi Fantasia Bunko imprinti altında ranobenin 19 cildini nəşr etmişdir. Ranobe əsasında 2 manqa adaptasiyası və bir yonkoma adaptasiyası istehsal olunmuşdur. Studio Deen tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 11 yanvar 2011-ci ildən 31 mart 2011-ci ilə kimi yayımlanmışdır. adlı ikinci mövsüm isə 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi nümayiş etdirilmişdir.
Məzmun Hekayənin baş qəhrəmanı Ayumu Aykava adi bir lisey tələbəsidir. Lakin bir gün naməlum seriyalı qatil tərəfindən öldürülür və yeraltı dünyasından gələn nekromant qız Yuklivud Hellsayt tərəfindən zombi kimi dirildilir. Beləliklə, Ayumu ölümsüzlük qazanır: hətta bədəni parçalara ayrılsa belə ölmür. Ayumu həyatını belə davam etdirməyi planlaşdırır. Lakin Haruna adlı ilə qarşılaşır və istəmədən onun sehrini alaraq maso-şoco olur. Tezliklə Serafima adlı vampir nindza da onlara qoşulur. Yuklivud, Haruna və Serafim Ayumu ilə birlikdə yaşamağa başlayırlar. Ayumu bir tərəfdən yeni dostlarını Meqalo adlandırılan iblislərə qarşı döyüşməyə kömək edir, bir tərəfdən də onu öldürən qatilin əsl şəxsiyyətini tapmağa çalışır.
Personajlar Əsas
Ayumu hekayənin protaqonistidir. Adi lisey tələbəsidir, lakin naməlum serialı qatil tərəfindən öldürüldükdən sonra nekromant Yuklivud Hellsayt tərəfindən zombi kimi dirildilir. Zombi bədəni ona böyük fiziki imkanlar qazandırır. Ölümsüzdür, yaraları tez sağalır, lakin ağrını hiss edə bilir. Günəş işığına qarşı həssasdır. Bundan əlavə, Ayumu sehri özünə çəkmək bacarığına da malikdir. Harunanın sehrini özünə çəkdikdən sonra Ayumi maso-şocoya çevrilmək bacağına yiyələnir. Lakin maso-şocoya çevrilməkdən çox utanır. Hellsayt, Haruna və Serafim ilə yaşayır. Yaxşı brek-dans oynaya bilir.
Yuklivud və ya qısaca gümüş saçlı nekromantdır. Ayumu seriyalı qatil tərəfindən öldürüldükdən sonra onu zombi kimi həyata qaytana məhz Yuklivud olur. Yuklivud yeraltı dünyasından gəlir. O, heç vaxt danışmır, çünki o qədər güclüdür ki, hətta sözləri ilə insanları öldürə bilər. Danışa bilmədiyindən Ayumu və digərləri ilə həmişə yanında daşıdığı blanknot və qələm vasitəsilə ünsiyyət saxlayır. Bundan əlavə, güclərini saxlamaq üçün xüsusi zireh geyinir və onları çıxarmır. Yuklivud Ayumu və dostlarını çox sevir, ətrafındakıları xoşbəxt görməkdən əyləndiyini bildirir, lakin üzü həmişə emosiyasız olur. Ayumunun ən böyük xəyalı Yuklivudun ona "Oni-çan" kimi xitab etməsidir.
Haruna Villiers diyarından olan maso-şocodur. Silahı adlı zəncirli mişardır. Bu mişarlar insanların yaddaşını da silə bilir. Meqalo adlandırılan iblislərə qarşı döyüşür. Müəllimi Day-sensey onu tofu almaq üçün Kiotoya göndərsə də, səhvən Tokioya gedir və orada Ayumu ilə qarşılaşır. Ayumu zombi olduğundan onun sehrini alır və Haruna artıq maso-şocoya çevrilə bilmir. Buna görə də Haruna Ayumu ilə yaşamağa qərar verir. Haruna çox enerjili qızdır. Özünü həmişə "dahi maso-şoco" adlandırır, lakin tez-tez insanların adlarını unudur. Onun Ayumuya qarşı sevgi hisləri var, hətta bir dəfə ondan onu öpməsini xahiş edir. Yumurta bişirməyi çox sevir, Ayumu liseyə gedərkən həmişə onun üçün yumurta bişirir.
Serafima və ya qısaca . İnkişaf etdirdiyi xüsusi döyüş texnikasını adlandırır. Döyüşərkən yarpaqlardan ibarət katanadan və yarasa qanadlarından istifadə edir. Serafima əvvəlcə Yuklivudun xidmətçisi olmaq məqsədilə Ayumunun evinə gəlir. Lakin Yuklivud Ayumunun artıq onun xidmətçisi olduğunu bildirir. Serafima Ayumu ilə döyüşməyə qərar verir, uduzduqdan sonra Ayumunu Yuklivudun xidmətçisi kimi qəbul edir, lakin bundan sonra Ayumunun evində yaşamağa qərar verir. Serafimanın Yuklivuda qarşı böyük hörməti var, hətta digər vampir nindzalar tərəfindən ona Yuklivudu öldürmək üçün verilən əmri yerinə yetirməkdən imtina edir. Lakin Ayumuya qarşı amansızdır, onu həmişə təhqir edir, adlandırır. Serafima vampir olduğundan vaxtaşırı qan içir, lakin çox qana ehtiyacı olmadığından əmdiyi adamın həyatına təhlükə törətmir. Qan içməzdən əvvəl partnerinə anesteziya tətbiq etmək üçün onu öpür.
Mael Strom Serafima kimi vampir nindzadır. Ayumu onunla ilk dəfə Meqalolara qarşı döyüşərkən tanış olur və istəmədən onu öpür. Vampir nindza qanunlarına görə bir vampir nindzanı kim öpərsə, onunla evlənmiş hesab olunur. Buna görə də Mael onu əri kimi qəbul etməli olur və axırda ona qarşı sevgi hisləri bəsləməyə başlayır. Mael Ayumu ilə eyni liseyə gedir və liseydə Yuki Yoşida adından istifadə edir, lakin Ayumu onu ləqəbi ilə çağırır. Mael yaxşı tonkotsu rameni bişirə bilir və bu ramen Meqaloları öldürmək gücünə malikdir. Hətta onun Meqaloları öldürmək üçün xüsusi ramen maşını var, lakin animedə bu maşını xarab olur.
Sarasvati və ya qısaca vampir nindzadır və Serafimanın rəisidir. Ayumu ilə eyni liseyə gedir və Kirara Hoşikava adından istifadə edir. Sarasvati idol olmağı və mahnı oxumağı çox sevir, halbuki Serafima düşünür ki, vampir nindzalar ancaq "kölgələrdə yaşamalıdırlar". Çox sərt və kobud şəxsiyyətə malikdir, amansızdır. Sarasvati Yuklivudun Meqaloları çəkdiyinə görə Serafimaya onu öldürməyi əmr edir, amma Serafima bunu edir və Sarasvati Serafimanı öldürməyə qərar verir. Lakin sonda fikrindən daşınır. Sarasvati daha sonra Ayumuya aşiq olur.
Antaqonistlər
Kyoko bir maso-şocodur və Ayumunu öldürən seriyalı qatildir. Əvvəlcə özünü Oritonun uşaqlıq dostu və seriyalı qatilin qurbanlarından biri kimi tanıdır. Kyoko digər insanları öldürərək onların canlarını alır və öz canını artırır. Tez-tez yandere tərəfini göstərir. Daha sonra Gecənin kralı tərəfindən ələ keçirildiyi məlum olur. Ayumu sonda onun əsl şəxsiyyətini öyrənir və onu məğlub edir. Məğlubiyyətdən sonra Ariel onu həbs edir, lakin daha sonra tutulduğu yerdən müvəqqəti buraxılır və Ayumuya əslində onu sevdiyini bildirir.
Yuklivud tərəfindən daha əvvəl dirildilmiş keçmiş zombidir və adı ilə də tanınır. Gecənin kralının ürəyi qəzəb ilə doludur, çünki Yuklivudun ona əbədi həyat bəxş etməsini əzab hesab edir. Buna görə də ən böyük arzusu ölməkdir. Animenin 11-ci seriyasında sonda səhv etdiyini anlayır və Yuklivud onu öldürür. Ölməzdən əvvəl son istəyi növbəti həyatında pinqvin olmaqdır, çünki pinqvinləri sevir.
(Kurisu) Villers diyarının ən güclü maso-şocosudur. Lakin Villiers kraliçası tərəfindən lənətlənərək kişiyə çevrilir və Ayumunun liseyində Takeşi Kurisu adı ilə dərs deməyə başlayır. Lənəti aradan qaldırmaq ümidi ilə həmişə içki içir və buna görə də sərxoş olur. Ayumu onunla ilk dəfə qarşılaşanda onun xəyalının bir məhsulu olduğunu hesab edir və onu "pəri" adlandırır. Kyokonun dediyinə görə onu məğlub etməyin yeganə yolu onu qıdıqlamaqdır.
Digər
Ayumunun sinif yoldaşı və yaxın dostudur. Gözəl qadınlara qarşı böyük marağı var.
Ayumunun sinif yoldaşı, Yuki və Kanaminin ən yaxın rəfiqəsidir. Ayumuya qarşı sevgi hisləri bəsləyir, lakin bunu etiraf etməkdən utanır.
Ayumunun sinif yoldaşı, Yuki və Taekonun ən yaxın rəfiqəsidir.
Ayumunun sinif yoldaşlarından biri və Yeraltı dünyasının sakinlərindən biridir. Yuklivud ilə bir-birilərini tanıyırlar. Ayumunu onu həmişə çağırır. Olduqca mehriban şəxsiyyətə malikdir.
Matellisin müəllimlərindən biridir. Harunanı tofu almaq üçün Kiotoya göndərir, lakin Haruna səhvən Tokioya gedib çıxır. Tələbələrinin qayğısına qalmağı sevir.
Vampir nindzaların başçısıdır. Kraliça tərəfindən lənətləndikdən sonra tez-tez qan qusur.
Yuklivudun Yeraltı dünyasından dostudur və Yeddinci uçurumun keçmiş üzvlərindən biridir. Yeraltı dünyasının ən güclüsü hesab olunur. Bundan əlavə, docinşidir və adı ilə tanınır. Yatmağı çox sevir, istənilən yerdə, istənilən vaxt, istənilən vəziyyətdə yata bilər.
Akuma və Krisi lənətləyən Villers kraliçasıdır.
Yeddinci uçurumun keçmiş üzvlərindən biridir və "Meringue" adlı ramen mağazasına sahibdir.
Media Ranobe
"Is This a Zombie?" Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılmış ranobe seriyasıdır. Ranobe seriyasının ilk cildi 20 yanvar 2009-cu ildə Fujimi Shobo nəşriyyatı tərəfindən Fujimi Fantasia Bunko imprinti altında buraxılmışdır. Sonuncu – 19-cu cild isə 20 iyun 2015-ci ildə nəşr olunmuşdur.
Drama CD 30 dekabr 2009-cu ildə Marine Entertainment bir drama CD buraxmışdır. Drama CD-nin həm məhdud, həm də daimi nəşrləri buraxılmışdır. Hər iki nəşrin ilk buraxılışlarına B2 ölçülü poster əlavə olunmuşdur. Məhdud nəşr Şiniçi Kimura tərəfindən yazılmış buklet və Kobuyçi ilə Muririn tərəfindən hazırlanmış telefon kartı ilə buraxılmışdır.
Manqa Saççi tərəfindən hazırlanmış manqa adaptasiyası 9 yanvar 2010-cu ildə "Monthly Dragon Age" jurnalında nəşr olunmağa başlamışdır. İlk tankobon cildi Kadokawa Shoten tərəfindən 9 avqust 2010-cu ildə buraxılmışdır. 6 dekabr 2013-cü ilə kimi 8 cildi nəşr olunmuşdur. Muupanın rəssamlığı ilə adlı yonkoma manqası istehsal olunmuşdur. Ryo Haseminin rəssamlığı ilə istehsal olunmuş manqası 26 oktyabr 2010-cu ildən 26 fevral 2013-cü ilə kimi "Comp Ace" jurnalında nəşr olunmuşdur və 5 cildi buraxılmışdır.
Saççinin manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır.
Is This a Zombie?
Is This a Zombie? Yes, I'm your Wife.
Anime
17 may 2010-cu ildə anime adaptasiyası anons edilmişdir. 12 seriyalıq anime serialı Studio Deen studiyası tərəfindən istehsal olunmuş və 11 yanvar 2011-ci ildən 30 aprel 2011-ci ilə kimi yayımlanmışdır. 10, 11 və 12-ci seriyalar 2011-ci ilin martında baş vermiş Tohoku zəlzələsinə görə plana uyğun şəkildə yayımlanmamışdır. Anime Crunchyroll vasitəsilə də yayımlanmışdır. Animenin 13-cü seriyası olan OVA seriyası 10 iyun 2011-ci ildə ranobenin 8-ci cildi ilə birlikdə DVD-də buraxılmışdır. Anime Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmış və 4 dekabr 2012-ci ildə buraxılmışdır.
adlı ikinci mövsüm "Monthly Dragon Age" jurnalının iyul buraxılışında anons edilmişdir. İkinci mövsüm 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi yayımlanmışdır. Mövsümün 0-cı seriyası olan OVA seriyası 25 aprel 2012-ci ildə ranobenin 10-cu cildi ilə birlikdə DVD-də buraxılmışdır. Animenin 11-ci seriyası olan OVA seriyası isə 20 oktyabr 2012-ci ildə manqa adaptasiyasının 6-cı cildi ilə birlikdə Blu-ray-da buraxılmışdır. Funimation ikinci mövsümü lisenziyalaşdırılmış və öz video portalı vasitəsilə yayımlamışdır. MVM Films isə mövsümü Böyük Britaniya üçün lisenziyalaşdırmışdır.
Birinci mövsümün açılış mahnısı İori Nomizu tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı isə Rie Yamaquçi və Manzo tərəfindən ifa olunan mahnısıdır. İkinci mövsümdə açılış mahnısı kimi İori Nomizu tərəfindən ifa olunan mahnısı, bağlanış mahnısı kimi Rie Yamaquçi tərəfindən ifa olunan mahnısı səsləndirilmişdir.
Digər Harunanın uniforması 2012-ci il istehsalı "Lollipop Chainsaw" video oyununda əsas personaj Culiyet Starlinqin uniformalarından biridir.
Qəbul Anime News Network-dan Teron Martin animeni ümüumi hekayədəki bir neçə roman tvistinə görə tərifləmiş, lakin həmişə effektiv olmayan yumoruna və cansız sənətkarlığına görə tənqid etmişdir. DVD Talks-dan Con Sinnot animenin çox əyləncəli olduğunu bildirmiş və izləməyi tövsiyə etmişdir.
İstinadlar
Xarici keçidlər
Animenin rəsmi saytı Is this a Zombie? Funimation saytında
Kateqoriya:2009-cu ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2010-cu ilin manqaları Kateqoriya:2011-ci ilin anime serialları Kateqoriya:2011-ci ilin anime OVA-ları Kateqoriya:2012-ci ilin anime OVA-ları Kateqoriya:2012-ci ilin anime serialları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Yaponiya sevgi romanları Kateqoriya:Yaponiya komediya romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Harem anime və manqaları Kateqoriya:Eççi anime və manqaları Kateqoriya:Maho-şoco anime və manqaları Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Nindzalar haqqında anime və manqalar Kateqoriya:Vampirlər haqqında anime və manqalar