Patrik Hikki (; d. 17 iyun 1945"Profile of the President" .) — irlandiyalı idman funksioneri. 1988–2016-cı illərdə İrlandiya Olimpiya Şurasının, 2006-cı ildən Avropa Olimpiya Komitələrinin sədri və 1995-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü. Həmçinin, Avropa və dünya səviyyələrindəki olimpiya və cüdo qurumlarında fəaliyyət göstərmişdir.
Şəxsi həyatı Əmlak Qiymətləndiriciləri İnstitutundan məzun olan Hikki daşınmaz əmlak satışı sahəsində çalışmış və 2015-ci ilə olan məlumata görə, onun şirkəti "Hickey Auctioneers" qızı və böyük oğlu tərəfindən idarə olunur.Shannon, Kieran (30 may 2015). "Patrick Joseph Hickey" .
Cüdoda 2-ci dan qara kəmər ustası olan Hikki,Leonard, Deirdre (19 September 2006). 40 yaşlarına qədər beynəlxalq idman müsabiqələrində İrlandiyanı təmsil etmişdir.
İdman idarəçiliyi Hikki 1979–1989-cu illərdə İrlandiya Cüdo Assosiasiyasının sədri olmuş, 1989-cu ildə bu təşkilatın fəxri sədri seçilmişdir."Patrick Hickey" . 1981-ci ildə o, İrlandiya Olimpiya Şurasının (İOŞ) icraiyyə komitəsinə üzv seçilmiş və 1984 Los-Anceles olimpiadasından etibarən İrlandiya Olimpiya deleqasiyalarının tərkibində olmuşdur. Hikki 1989-cu ildə İOŞ və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Maykl Killaninin tövsiyəsi əsasında İOŞ-un sədri seçilmişdir. 1999-cu ildə İrlandiya İdman Şurasının (İİŞ) yaradılmasından sonra Hikki İİŞ-in nəzdində İdman İnstitutu yaradılanadək həm İİŞ rəhbərliyi, həm də sonrakı İdman nazirləri ilə elit idmana cavabdehliklə bağlı mübarizədə olmuşdur.O'Riordan, Ian (5 December 2014). Hikki İOŞ-un sədri vəzifəsinə 4 illik müddətlərlə və adətən rəqibsiz seçilmişdir. Yalnız 2001-ci ildə İrlandiya Üzgüçülük Assosiasiyasının sədri Riçard Borrousu seçkilərdə 27–10 səs sayı ilə məğlub etmişdir. Hikki iddia edirdi ki, Borrousun namizədliyi İİŞ-in onu vəzifədən uzaqlaşdırmaq cəhdi idi.
1991-ci ildə İOŞ Avropa Olimpiya Komitələrinin (AOK) iclasına ev sahibliyi edərkən Hikki bəzi keçmiş sovet respublikalarının yeni yaranmış Milli Olimpiya Komitələri ilə əlaqələr qurdu."Pat Hickey in profile" . 1995-də Hikki BOK-a üzv seçildi. 2006-cı ildə AOK-un sədri seçildi və Avropa Oyunlarının təsis edilməsi imkanlarının arasşdırılmasına göstəriş verdi.
2016 yay Olympiya oyunları Hikki Rio-de-Janeyroda keçirilən 2016 yay Olimpiya oyunlarından sonra İrlandiya Olimpiya Şurasının sədri vəzifəsindən getməli idi."Hickey hints Delaney destined for top Olympic job" . 17 avqust 2016-cı ildə o Rioda Olimpiya oyunlarının biletlərinin satışı ilə bağlı aparılan istintaq çərçivəsində, biletlərin möhtəkirlərə satılması, kartel yaradılması və saxta və qanunsuz marketinq fəaliyyəti ittihamları əsasında həbs edilmişdir."OCI chief Pat Hickey arrested in Rio" ."Europe's top Olympic official arrested in Rio over tickets sales" . Gibson, Owen (17 August 2016). O, bu ittihamları rədd edərək, məsələ həllini tapanadək bütün Olimpiya vəzifələrindən müvəqqəti çəkildiyini bildirmişdir."OCI president Hickey steps aside after Rio arrest" .
İstinadlar
Kateqoriya:1945-ci ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar